DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakıda Şri-lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb

02.05.2024

Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində, təhsil almaq məqsədilə Azərbaycan Respublikasının ərazisinə gəlmiş 5 nəfər Şri-lanka vətəndaşına qarşı dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Hindistan vətəndaşı 1973-cü il təvəllüdlü Mishra Prashant saxlanılıb.
Araşdırmalarla məlum olub,  M.Prashant guya zərərçəkənlərə Bakı şəhərində yerləşən özəl ali təhsil müəssisələrindən birinə qəbul olunmalarına köməklik edəcəyini vəd edərək onlardan müəyyən miqdarda pul alıb. Şri-lanka vətəndaşları Bakı şəhərinə gələndən sonra isə saxlanılan şəxs onların sənədlərini ələ keçirərək hədə-qorxu ilə zərərçəkənlərdən yenidən pul tələb edib.
Xarici ölkə vətəndaşlarına qarşı qeyd olunan qanunazidd əməlləri törəkməkdə şübhəli bilinən M.Prashant barəsində araşdırmalar davam etdirilir. Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Youtube linki - https://www.youtube.com/watch?v=wKYh7clFgUU

 

02.05.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 95 cinayətin açılması təmin olunub 02.05.2024
  • Vətəndaşların bank kartlarından oğurluq etməkdə şübhəli bilinən Ş.Allahverdiyev və bir yeniyetmə müəyyən olunaraq barələrində müvafiq tədbirlər görülüb 02.05.2024
  • Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən daş sexlərinin birindən daş kəsən mişarları oğurlamaqda şübhəli bilinən bir qrup şəxs saxlanılıb 02.05.2024
  • Oğurluğa görə axtarışda olan S.Əsədov saxlanılıb 02.05.2024
  • Binəqədi qəsəbəsi ərazisində bir qadına qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən Ş.Zeynalova saxlanılıb 02.05.2024
  • Nərimanov rayonu ərazisində iki mağazadan pul oğurlamaqda şübhəli bilinən S.Bədirov saxlanılıb 02.05.2024
  • Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində müxtəlif vaxtlarda bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən İ.Abbasov saxlanılıb 02.05.2024
  • Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb 02.05.2024
  • Mayın 2-də ümumi çəkisi 20,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 02.05.2024
  • Bakıda Şri-lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb 02.05.2024
  • Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edilib 02.05.2024
  • Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib  02.05.2024