DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Paytaxtın Suraxanı və digər ərazilərində soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışına qarşı tədbirlər davam etdirilib,  obyektlərdən ümumilikdə 361 kəsici alət aşkar olunub

03.05.2024

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün Əmircan, Bülbülə, Qaraçuxur və digər ərazilərində keçirdikləri tədbirlərlə 5 obyektdən xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan  162 ədəd kəsici-deşici alət aşkar olunaraq götürülüb.
Suraxanı RPİ-nin 33-cü PB əməkdaşları tərəfindən də Yeni Günəşli qəsəbəsində yerləşən mağazalardan birindən 73 ədəd soyuq silah hesab edilən bıçaq aşkarlanıb.
Analoji tədbirlər polis əməkdaşları tərəfindən paytaxtın Nərimanov və Xəzər rayonlarında da həyata keçirilib. Qeyd edilən rayonların əarazisində yerləşən 4 mağazadan 126 ədəd insan sağlamlığına xəsarət yetirmək təyinatına malik bıçaq və digər kəsici alətlər götürülüb.
Maddi sübut kimi götürülən həmin silahlarla bağlı ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=ZlcyaNCDVdU

 

03.05.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 85 cinayətin açılması təmin olunub 03.05.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat təhvil götürülüb 03.05.2024
  • Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb 03.05.2024
  • Mayın 3-də ümumi çəkisi 33,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 03.05.2024
  • Xankəndinin təhlükəsiz şəhərə çevrilməsi üçün DİN əməkdaşları əzmlə çalışır 03.05.2024
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində avtomobildən oğurluq etməkdə şübhəli bilinən R.Bayramov saxlanılıb 03.05.2024
  • Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində evlərin birindən qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Z.Həsənov saxlanılıb 03.05.2024
  • Paytaxtın Suraxanı və digər ərazilərində soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışına qarşı tədbirlər davam etdirilib,  obyektlərdən ümumilikdə 361 kəsici alət aşkar olunub 03.05.2024
  • “Əhmədli” və “Həzi Aslanov” stansiyalarınına yaxın ərazilərdə soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışının qarşısı alınıb 03.05.2024
  • Ölkəyə 87 kiloqram narkotik maddə gətirən Neftçala rayon sakini saxlanılıb 03.05.2024