DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ölkəyə 87 kiloqram narkotik maddə gətirən Neftçala rayon sakini saxlanılıb

03.05.2024

Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Neftçala rayonunda keçirilən növbəti tədbir zamanı balıqçılıq fəaliyyəti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş rayon sakini Sadiq Ələkbərov saxlanılıb. Onun üzərindən və yaşadığı evin yaxınlığındakı narkotikləri gizlətmək üçün xüsusi olaraq hazırlanmış yarımtikilidən 87 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, S.Ələkbərov “Səid” adlı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik maddələrin gətirilməsini təşkil edib və marixuananı Neftçala rayonunda dəniz kənarında əldə edib. O, maddi qazanc əldə etmək məqsədi ilə həmin narkotikləri ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Youtube linki - https://www.youtube.com/watch?v=9q2WrRrNm9E

 

 

03.05.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 85 cinayətin açılması təmin olunub 03.05.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat təhvil götürülüb 03.05.2024
  • Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb 03.05.2024
  • Mayın 3-də ümumi çəkisi 33,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 03.05.2024
  • Xankəndinin təhlükəsiz şəhərə çevrilməsi üçün DİN əməkdaşları əzmlə çalışır 03.05.2024
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində avtomobildən oğurluq etməkdə şübhəli bilinən R.Bayramov saxlanılıb 03.05.2024
  • Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində evlərin birindən qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Z.Həsənov saxlanılıb 03.05.2024
  • Paytaxtın Suraxanı və digər ərazilərində soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışına qarşı tədbirlər davam etdirilib,  obyektlərdən ümumilikdə 361 kəsici alət aşkar olunub 03.05.2024
  • “Əhmədli” və “Həzi Aslanov” stansiyalarınına yaxın ərazilərdə soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışının qarşısı alınıb 03.05.2024
  • Ölkəyə 87 kiloqram narkotik maddə gətirən Neftçala rayon sakini saxlanılıb 03.05.2024