DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub

07.05.2024

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib. Tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 4 sürücü saxlanılıb. Tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop maddə olan metamfetamin qəbul edərək sükün arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. 
Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən daha 4 sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub. 
Tədbir zamanı avtomobilin konstruksiyasında dəyişiklik edən 10 və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 8 sürücü də müəyyən olunaraq saxlanılıb. Profilaktik tədbir zamanı müxtəlif kobud qayda pozuntularına yol verən ümumilikdə 170 sürücü barəsində inzibati protokol tərtib edilib.
Qeyd edək ki, ilin əvvəlindən Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə və narkotiklərin təsiri altında idarə edən 64, avtoxuliqanlıq və sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşən 114 sürücü aşkar olunub.
Quba rayonu  ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcəkdir.

Youtube linki - https://www.youtube.com/watch?v=xOOGjTv4bRA

 

07.05.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub 07.05.2024
  • Xəzər rayonunun Binə qəsəbəsindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən M.Əliağazadə saxlanılıb 07.05.2024
  • Abşeron rayonunun Digah kəndində və Mehdiabad qəsəbəsində müxtəlif vaxtlarda iki evdən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb 07.05.2024
  • Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb 07.05.2024
  • Mayın 7-də ümumi çəkisi 33,3 kiloqramdan artıq narkotik vasitə, həmçinin 1240 ədəd metadon həbi götürülüb 07.05.2024
  • Suraxanıda narkotiklərin satışını təşkil edən, avtomobil qaçıran, Zığ -Hava Limanı beton yolunda 4 kilometrlik hissədə elektrik xəttlərini oğurlayan,  2 maşını qəsdən yandıran şəxslər saxlanılıblar 07.05.2024
  • Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub 07.05.2024