DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi aprel ayında 150 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb; Narkotiklərin “qara bazar”-da dəyəri 6.5 milyon manatdır

06.05.2024

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aprel ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 38 əməliyyat keçirib. Nəticədə 34 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 6-i ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olub. Əməliyyatlarla “qara bazar”-da dəyəri 6.5 milyon manat olan 150 kiloqram, o cümlədən 87 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 36 kiloqram heroin, 22 kiloqram metamfetamin, 5 kiloqram tiryək və digər növdən olan narkotik vasitə, 5 min ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları tərəfindən qanunsuz yollarla ölkəmizə göndərilən narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar. 
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=J_EWBvFzxEU

 

06.05.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub 06.05.2024
  • Hövsan qəsəbəsi ərazisində bir nəfərə qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən S.Nağıyev saxlanılıb 06.05.2024
  • Xətai rayonunda yerləşən dəmir yolu ərazisində bir nəfərə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən N.Abasov və N.Sadiqi müəyyən olunaraq saxlanılıblar 06.05.2024
  • Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb 06.05.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb 06.05.2024
  • Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar 06.05.2024
  • DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi aprel ayında 150 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb; Narkotiklərin “qara bazar”-da dəyəri 6.5 milyon manatdır 06.05.2024