Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakıda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib
15.05.2024
Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində bir qadına zor tətbiq etməklə əxlaqsız hərəkətlərin törədildiyi barədə polisə məlumat daxil olub.Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 1992-ci il təvəllüdlü Xəyal Ağayev saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkəni avtobusda görəndən sonra onu izləməyə başlayıb. Daha sonra heç kimin olmadığı ərazidə yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi, başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.X.Ağayevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 75 cinayətin açılması təmin olunub
14.05.2024
Mayın 14-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan silah-sursat təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Mayın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 2 tüfəng, 3 patron darağı və 179 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan 1 tapança və 1 tüfəng aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Mayın 14-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança və 1 tüfəng aşkar edilərək götürülüb.
Sumqayıt şəhəri ərazisində bir nəfər şəxsə qarşı quldurluq etməkdə şübhəli bilinən Ə.Əliyev və Y.Şirinov saxlanılıblar
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 13-də gecə saatlarında şəhər ərazisində bir nəfər şəxsin 200 manatını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Ə.Əliyev və əvvəllər məhkum olunmuş Y.Şirinov müəyyən olunaraq saxlanılıb.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Paytaxt sakini olan bir nəfər şəxsdən hədə-qorxu gəlməklə pul tələb etmədə şübhəli bilinən N.Misirov saxlanılıb
Paytaxt sakini olan bir nəfər şəxsdən hədə-qorxu gəlməklə 800 manat pul tələb olunması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Misirov saxlanılıb. Ondan metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində bir nəfər şəxsə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən O.İsmayılov saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 12-də Kimyaçılar qəsəbəsi ərazisində bir nəfər şəxsin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən O.İsmayılov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Mayın 14-də ümumi çəkisi 8,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 14-də ümumi çəkisi 8,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
13.05.2024
Mayın 13-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nəsimi rayonu ərazisində bir nəfər şəxsə qarşı quldurluq etməkdə şübhəli bilinən E.Əliyev və M.Həmidov saxlanılıblar
Nəsimi rayonu ərazisində bir nəfər şəxsin içərisində pulu, bank kartları, sənədi və mobil telefonunu olan pulqabısının quldurluq yolu ilə talanması barədə 19-cu Polis Şöbəsinə məluamat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Əliyev və M.Həmidov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.