Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı altında dələduzluq edərək aldadan Pakistanlı saxlanılıb
21.05.2024
Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir nəticəsində Azərbaycan Respublikasının ərazisinə gəlmiş 3 nəfər Hindistan vətəndaşına qarşı dələduzluq etməkdə şübhəli bilinən Pakistan vətəndaşı 1993-cü il təvəllüdlü Shahid Kamran Ali saxlanılıb. O, guya zərərçəkənlərə Amerika Birləşmiş Ştatlarına getməkdə köməklik edəcəyi vədini verərək onların maddi vəsaitini ələ keçirib.Shahid Kamran Alinin törətdiyi qanunazidd əməllər barəsində araşdırmalar davam etdirilir. Onun hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib.Tədbirlərlə paytaxt sakinləri Zamiq Əliyev, Elməddin Abdullazadə və əvvəllər məhkum olunmuş Mahir Sadıqovdan 2 “Makarov”, 1 “Beretta” tapançası, 3 daraq və 15 ədəd patron aşkarlanıb. Baş İdarə əməkdaşlarının paytaxt, eləcə də Ağcabədi, Şəmkir, Yevlax və Cəlilabad rayonlarında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rüfət Əsədov, Fazil Əzizov və Tural Mahmudovdan ümumilikdə 30 kiloqram marixuana, Anar Abasov, Rəşad Məmmədov tanışı Murad Əsgərov və Leyla Məmmədovadan isə 16 kiloqram kokain, heroin, tiryək, metramfetamin və güclü təsir edən maddə olan 52 ədəd ekstazi həbi aşkarlanıb. Qanunsuz dövriyyədən 46 kiloqram narkotik vasitə çıxarılıb.Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
20.05.2024
Mayın 20-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Mayın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd tüfəng təhvil götürüblər.
Mayın 20-də ümumi çəkisi 18,4 kiloqramdan artıq narkotik vasitə götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 20-də ümumi çəkisi 18,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Mayın 20-də dələduzluğa görə axtarışda olan 7 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 20-də dələduzluğa görə axtarışda olan 7 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Sabunçu və Xətai rayonları ərazisində itkin düşmüş şəxslər tapılaraq aidiyyəti üzrə təhvil veriliblər
Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 2-də Sabunçu rayonu ərazisində itkin düşmüş 2002-ci il təvəllüdlü, mayın 3-də isə Xətai rayonu ərazisində itkin düşmüş 1990-cı il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı şəhər sakini olan bir nəfərin dələduzluq yolu ilə 150.000 manatını almaqda şübhəli bilinən T.Süleymanov və F.Aslanov saxlanılıblar
Mayın 16-da Bakı şəhər sakini olan bir nəfərin dələduzluq yolu ilə 150.000 manatının alınması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş T.Süleymanov və əvvəllər məhkum olunmuş F.Aslanov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Sumqayıt şəhər sakini olan bir nəfərin dələduzluq yolu ilə 6000 manatını almaqda şübhəli bilinən İ.Rüstəmov saxlanılıb
2023-cü ilin noyabr ayında Sumqayıt şəhər sakini olan bir nəfərin dələduzluq yolu ilə 6000 manatının alınması barədə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən İ.Rüstəmov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində bir şəxsə qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən X.Cəbiyev və İ.Kərimov saxlanılıblar
Mayın 18-də gecə saatlarında Sumqayıt şəhəri ərazisində bir şəxsə “VAZ-21099” markalı avtomobilə mindirilərək 12-ci mikrorayon ərazisinə gətirilib, orada soyğunçuluq yolu ilə mobil telefonu talanaraq avtomobildən düşürülüb. Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən X.Cəbiyev və İ.Kərimov müəyyən olunaraq saxlanılıblar. Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.