Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
17.05.2024
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Mayın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapanças, 7 tüfəng və 19 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Mayın 17-də ümumi çəkisi 1,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 17-də ümumi çəkisi 1,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Paytaxt və Sumqayıt şəhəri ərazisində itkin düşmüş bir neçə şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib
Polis əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə martın 31-də Xəzər rayonu ərazisində itkin düşmüş 2001-ci il təvəllüdlü, mayın 2-də Sumqayıt şəhəri ərazisində itkin düşmüş 1991-ci il, övladları 2012 və 2013-cü il təvəllüdlü, mayın 14-də Xətai rayonu ərazisində itkin düşmüş 2006-cı il və qızı 2024-cü il təvəllüdlü, mayın 16-da isə Sabunçu rayonu ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü şəxslər tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Axtarışda olan V.Şamilova, X.Səmədov və R.Hacıyev saxlanılaraq istintaqa təhvil veriliblər
Mayın 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan V.Şamilova, X.Səmədov və R.Hacıyev saxlanılaraq istintaqa təhvil veriliblər.
Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində müxtəlif vaxtlarda 2 nəfəri aldadaraq hesablarına pul ödətdirməkdə şübhəli bilinən 3 nəfər şəxs müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Səbail rayonu ərazisində bir yeniyetməyə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən qadın saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 17-si axşam saatlarında rayon ərazisində bir yeniyetmənin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində yerləşən parkda bir nəfər şəxsin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ə.Qasımov saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən parkda bir nəfər şəxsin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ə.Qasımov saxlanılıb. Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfər şəxsin mobil telefonunu oğurlamaqda, digərinin isə pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Nəsirov saxlanılıb.Hər üç faktla bağlı araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 84 cinayətin açılması təmin olunub
16.05.2024
Mayın 16-da ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtın Nəsimi və Səbail rayonları ərazisində itkin düşmüş şəxslər tapılaraq aidiyyəti üzrə təhvil veriliblər
Polis əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə mayın 13-də Nəsimi rayonu ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü, mayın 15-də isə gecə saatlarında Səbail rayonu ərazisində itkin düşmüş 1997-ci il təvəllüdlü şəxslər tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Mayın 16-da ümumi çəkisi 3,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 16-da ümumi çəkisi 3,3 kiloqramdan artıq narkotik vasitə, həmçinin 114 ədəd preqabalin və ekstazi həbləri aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.