Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Mayın 4-də və 5-də ümumi çəkisi 1,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
05.05.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 4-də və 5-də ümumi çəkisi 1,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,5 kiloqramdan çox marixuana, 400 qrama yaxın metamfetamin, həmçinin 20 ədəd metadon həbi və 22 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub
04.05.2024
Mayın 4-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Yasamal rayonu ərazisindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.Allahverdiyev avtomobillə birgə saxlanılıb
Mayın 4-də Yasamal rayonu ərazisindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən A.Allahverdiyev avtomobillə birgə saxlanılıb. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Marketlərdə müştərilər üçün nəzərdə tutulmuş saxlanc yerlərindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Nərimanov rayonu ərazisində müxtəlif vaxtlarda iki marketdə müştərilər üçün nəzərdə tutulmuş saxlanc yerlərindən içərisində 520 manat dəyərində geyim əşyaları olan bağlamaların oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən K.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində iki avtomobilə ziyan vurmaqda şübhəli bilinən E.Təhməzov saxlanılıb
Mayın 4-ü səhər 05 radələrində Qaraçuxur qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobilin şüşələrinin sındırılması, “Hover” markalı avtomobilin isə salonunun yandırılması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən E.Təhməzov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Polisin keçirdiyi əməliyyat zamanı xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkar olunub
Polis əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti əməliyyat tədbiri zamanı Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Araşdırma zamanı müəyyən olunub ki, Tural Müseyibov, Vüsal Xankişiyev, Şamil Elçiyev, Elnur Aslanov, İlqar Əhmədov və Yaşar Osmanov Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə kimyəvi tərkib elementləri məişətdə istifadə edilməsi üçün nəzərdə tutulan həddən dəfələrlə yüksək olan, buna görə də insan sağlamlığına zərərli təsir göstərməyə malik yuyucu vasitələr hazırlayıblar. Dəstə üzvləri yuyucu vasitələri Bakı şəhəri Nəsimi rayonu ərazisində və respublikanın müxtəlif rayonlarında yerləşən satış nöqtələri vasitəsilə topdansatışını təşkil etməklə istehlakçıları aldadıblar. Nəzarət tədbirləri ilə sexə və satış yerlərinə baxış zamanı xeyli sayda "Perwol", "Peros", "Fairy", "Domestos", "Ariel", "Ace", "İpək", "Elidor", "Head & Shoulders" və sair əmtəə nişanlı qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün nəzərdə tutulan avadanlıqlar, xammal, qablaşdırma materialları və etiketlər aşkar olunaraq götürülüb.Təyin edilən ekspertizalar zamanı aşkarlanan təmizləyici vasitələrin tərkibinin keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələblərinə uyğun gəlmədiyi və bununla da əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.Aşkar olunan faktla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 85 cinayətin açılması təmin olunub
03.05.2024
Mayın 3-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Mayın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 patron darağı və 5 ədəd patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Mayın 3-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 patron darağı və 10 ədəd patron aşkar edilərək götürülüb.
Mayın 3-də ümumi çəkisi 33,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 3-də ümumi çəkisi 33,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 29,6 kiloqrama yaxın marixuana, 3,1 kiloqrama yaxın tiryək, 1,1 kiloqramdan artıq metamfetamin, həmçinin 510 ədəd metadon həbi və 160 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.