Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nizami rayonu ərazisində bir nəfərə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən 3 yeniyetmə saxlanılıb
20.05.2024
Mayın 19-da səhər saatlarında Nizami rayonu ərazisində bir nəfər şəxsin evinin girişində soyğunçuluq yolu ilə 100 manatının talanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Novxanı qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən iki yeniyetmə avtomobillə birgə saxlanılıblar
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 20-də səhər saatlarında Novxanı qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən iki yeniyetmə avtomobillə birgə saxlanılıblar. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir qadının çantasından pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən İ.Səlimov saxlanılıb
Nəsimi rayonu ərazisində mağazaların birində bir qadının çantasından 2500 manat pulu və mobil telefonu oğurlanıb. 20-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İ.Səlimov saxlanılıb.Onun borclu qismində axtarışda olması da müəyyən edilib.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
19.05.2024
Mayın 19-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Mayın 18-də və 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 tüfəng, 2 qumbara, 2 alışdırıcı, 1 patron darağı və 8 ədəd patron təhvil götürüblər.
Mayın 18-də və 19-da ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 18-də və 19-da ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 169 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Mayın 18-də və 19-da dələduzluğa görə axtarışda olan 8 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 18-də və 19-da dələduzluğa görə axtarışda olan 8 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş iki nəfər şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib
Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 15-də Qaradağ rayonu ərazisində itkin düşmüş 2003-cü il təvəllüdlü qadın, mayın 16-da isə Yasamal rayonu ərazisində itkin düşmüş 1975-ci il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Sabunçu qəsəbəsindəki evlərdən birində 3 qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Əliyev saxlanılıb
Mayın 17-də Sabunçu qəsəbəsində evlərdən birində 2006-cı il, 2005-ci il və 1963-cü il təvəllüdlü 3 qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən E.Əliyev saxlanılıb.Araşdırma aparılır.
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb
Mayın 14-də Yasamal rayonu ərazisində bir nəfər şəxsin itirdiyi bank kartından 150 manat dəyərində alış-veriş edilərək oğurlanması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.