Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 31 cinayətin açılması təmin olunub
24.03.2024
Martın 24-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Martın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 qumbara, 2 alışdrıcı, 2 patron darağı və 132 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Martın 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 2 patron darağı və 10 ədəd patron aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisindən odlu silah və vasitələri aşkar edilərək götürülmüşdür
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 24-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 7 avtomat silahı, 21 qumbara, 7 alışdırıcı, 25 patron darağı, 770 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 24-də ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 17,4 kiloqramdan artıq marixuana, 2,8 kiloqrama yaxın heroin, 2,4 kiloqrama yaxın tiryək, 310 qrama yaxın metamfetamin və 22 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Oğurluq əməlində şühəli bilinən N.Hüseynov müəyyən ounaraq saxlanılıb
Martın 22-də Bakı şəhər sakini olan bir nəfər bank kartını itirməsi və həmin kartdan 200 manat dəyərində alış-veriş edilməsi barədə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şühəli bilinən əvvəllər məhkum olunmuş N.Hüseynov müəyyən ounaraq saxlanılıb. Araşdırma aparılır.
M.Qasımovdan 1 kiloqram 880 qram heroin aşkar olunaraq götürülüb
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə M.Qasımov rayon ərazisində saxlanılıb. Ondan 1 kiloqram 880 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 25 cinayətin açılması təmin olunub
23.03.2024
Martın 23-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Martın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd tüfəng və 1 ədəd qumbara təhvil götürüblər.
Ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 23-də ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24 kiloqramdan artıq marixuana, 3,8 kiloqrama yaxın tiryək, 700 qrama yaxın heroin və metamfetamin, həmçinin 200 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.