Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xankəndi şəhər ərazisindən ümumilikdə 15 avtomat silahı, 4 pulemyot, 7 qumbara, 6 tüfəng, 52 patron darağı, 5 alışdırıcı, 5014 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb
23.03.2024
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən, həmçinin şəhər ərazisindən ümumilikdə 15 avtomat silahı, 4 pulemyot, 7 qumbara, 6 tüfəng, 52 patron darağı, 5 alışdırıcı, 5014 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Oğurluqda şübhəli bilinən X.Tapdıqov və İ.Məmmədov saxlanılıblar
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-nə keçən gecə Binəqədi qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən maqnitofon, akkumulyator və səsgücləndiricilərini oğurlamaqda şübhəli bilinən X.Tapdıqov və İ.Məmmədov saxlanılıblar.Araşdırma aparılır.
Oğurluq əməlində şübhəli bilinən H.Sultanov müəyyən olunaraq saxlanılıb
Martın 22-də paytaxtın Yeni Günəşli qəsəbəsində evlərin birindən 2000 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən H.Sultanov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamalda polisin keçirdiyi əməliyyatları zamanı 10 kiloqram narkotik vasitə aşkar edilib
Yasamal Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları tərəfindən son 30 gün ərzində keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 65 fakt müəyyən edilib. Qanunsuz dövriyyədən 10 kiloqram, o cümlədən 5 kiloqram heroin, 2 kiloqram tiryək, 2 kiloqram marixuana və 1 kiloqram psixotrop maddə metamfetamin çıxarılıb. Saxlanılanlar narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Faktlarla bağlı araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.Youtube linki - https://www.youtube.com/watch?v=ZdpSrHTJjxQ
Gün ərzində ölkə ərazisində qeydə alınan 22 cinayətin açılması təmin olunub
22.03.2024
Martın 22-də ölkə ərazisində qeydə alınan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 22-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 qumbara, 9 patron darağı, 60 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 3,1 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 22-də ümumi çəkisi 3,1 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Səbail rayonunun Şıx qəsəbəsi ərazisində idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılan sürücü E.Vəliyevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib
Martın 20-də saat 16 radələrində Səbail rayonunun Şıx qəsəbəsi ərazisində “Ford” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan şəxs Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü E.Vəliyevin narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilərək Səbail RPİ-nin 41-ci Polis Şöbəsinə təhvil verilib. Avtomobilə baxış zamanı oradan marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Maştağa qəsəbəsi ərazisində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunu oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar
Martın 22-də Maştağa qəsəbəsi ərazisində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən O.Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar R.Cəfərov və E.Xıdırov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Nizami rayonu ərazisindəki marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən R.Əhmədov saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 20-də rayon ərazisindəki marketlərin birindən 600 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Əhmədov saxlanılıb. Araşdırma aparılır.