Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yasamal rayonu ərazisində bir nəfər şəxsin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
09.05.2024
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 3-də rayon ərazisində bir nəfər şəxsin bank kartından 340 manatını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində vətəndaşların bank kartından pul oğurlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb
Xırdalan şəhəri ərazisində bir nəfər şəxsin itirdiyi mobil telefonunun arxasında olan bank kartından 2200 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi oğurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.Polis əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə bir nəfər şəxsin bank kartından 416 manatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş O.Əsədullayev saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 6-da Binə qəsəbəsindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən “Opel” markalı avtomobili qaçırmaqda şübhəli bilinən S.Axundov saxlanılıb
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş S.Axundov müəyyən olunaraq saxlanılıb. Avtomobil onun yaşadığı evin həyətindən kapotu və təkərləri sökülmüş vəziyyətdə aşkarlanıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisindən moped oğurlamaqda şübhəli bilinən N.Səfiyarlı saxlanılıb
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən “Tufan-50” markalı moped oğurlamaqda şübhəli bilinən N.Səfiyarlı saxlanılıb.Araşdırma aparılır.
Mayın 9-da ümumi çəkisi 82 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 9-da ümumi çəkisi 82 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 74 kiloqramdan artıq marixuana, 5,3 kiloqramdan çox tiryək, 2,6 kiloqrama yaxın metamfetamin həmçinin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub
08.05.2024
Mayın 8-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Mayın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 2 patron darağı və 39 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Mayın 8-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 2 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.
Mayın 6-da bir nəfər şəxsin çantasından pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən E.Qəniyev saxlanılıb
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 6-da bir nəfər şəxsin çantasından 198 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş E.Qəniyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.