Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatı keçirilib
08.05.2024
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionat keçirilib. Tədbirdə Nazirliyin baş idarələri, eləcə də paytaxt Bakı şəhəri də daxil olmaqla, respublika üzrə ərazi polis idarə, şöbələri və İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər.Əvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Çıxış edən qonaqlar yarış iştirakçılarına uğurlar arzu ediblər. Yarışda Nazirliyin zonalar üzrə qeyd edilən idman növü üzrə qalıb gəlmiş 86 əməkdaşı 6 çəki dərəcəsində mübarizə aparıb. Komanda idman növündə Əlahiddə Çevik Polis Alayının əməkdaşları 1-ci, Daxili Qoşunların Baş İdarəsinin komandası 2-ci, Bakı Şəhər Baş Polis İdarəsinin kollektivi isə 3-cü yeri tutub. Çempionatda qalib gələn əməkdaşlar medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.
Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir neçə gün ərzində həyata keçirilən əməliyyatlar zamanı paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb. Həmin şəxslərdən 5 kiloqrama yaxın heroin, tiryək və psixotrop tərkibli metadon həbləri aşkarlanıb.İdarə əməkdaşlarının apardıqları profilaktik tədbirlər zamanı isə 5 “Kalaşnikov” avtomatı, 3 ov tüfəngi, 5 daraq və 81 ədəd patron vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib. Mülki axtarışda olan 18, müxtəlif cinayət törətdikləri üçün barələrində axtarış elan edilən 8 şəxs saxlanılıb.Soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışına qarşı keçirilən tədbirlər zamanı 8 obyektdən xəsarət yetirmək təyinatına malik satışı nəzərdə tutulan 312 ədəd bıçaq aşkar olunaraq götürülüb.Aşkar olunan faktlarla araşdırmalar davam etdirilir.
Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar
Polis əməkdaşları tərəfindən gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı növbəti əməliyyat keçirilib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar.
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
07.05.2024
Mayın 7-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Xəzər rayonunun Binə qəsəbəsindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən M.Əliağazadə saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binə qəsəbəsindəki evlərin birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən M.Əliağazadə müəyyən olunaraq saxlanılıb. Maştağa qəsəbəsində evlərin birindən 2750 manat pul oğurlamaqda şübhəli bilinən H.Sədullayev isə Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Abşeron rayonunun Digah kəndində və Mehdiabad qəsəbəsində müxtəlif vaxtlarda iki evdən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Digah kəndində və Mehdiabad qəsəbəsində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 1400 avro, 800 ABŞ dolları və 3400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Mayın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 3 qumbara, 5 tüfəng, 6 patron darağı və 399 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Mayın 7-də ümumi çəkisi 33,3 kiloqramdan artıq narkotik vasitə, həmçinin 1240 ədəd metadon həbi götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 7-də ümumi çəkisi 33,3 kiloqramdan artıq narkotik vasitə, həmçinin 1240 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Suraxanıda narkotiklərin satışını təşkil edən, avtomobil qaçıran, Zığ -Hava Limanı beton yolunda 4 kilometrlik hissədə elektrik xəttlərini oğurlayan, 2 maşını qəsdən yandıran şəxslər saxlanılıblar
Suraxanı Rayon İdarəsinin əməkdaşları tərəfindən aprel ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55 fakt aşkar olunub. Narkotiklərin satışı ilə məşğul olan 16, daşınması və dövriyyəsi ilə bağlı 39 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Qanunsuz dövriyyədən 5 kiloqram müxtəlif növ narkotik vasitə və 300 ədəd psixotrop tərkibli həb çıxarılıb.Həmçinin, İdarə əməkdaşları tərəfindən vətəndaşların şikayətləri əsasında həyata keçirilən əməliyyatlarla “Renault” markalı avtomobil qaçırmaqda şübhəli bilinən Sərdar Qəzənfərov, “Ravon” markalı nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Rəvan Rəhimov və Yeni Günəşli qəsəbəsində “Land Rover” markalı maşın qaçıraraq yol nəqliyyat hadisəsi törətmiş yetkinlik yaşına çatmayan daha bir nəfər müəyyən olunaraq saxlanılıblar.Həyata keçirilən digər əməliyyatlar zamanı Qaraçuxur qəsəbəsində “Chevrolet” və “Hover” markalı iki nəqliyyat vasitəsini yandıraraq vətəndaşların əmlakına qəsdən zərər vuran Elgün Təhməzov və Zığ-Hava Limanı beton yolunun kənarında 4 kilometrlik hissədə elektrik xəttlərini oğurlayan Dövlət Həsənov da saxlanılıblar. Faktlarla bağlı Suraxanı RPİ-də araşdırmalar davam etdirilir.
Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib. Tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 4 sürücü saxlanılıb. Tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop maddə olan metamfetamin qəbul edərək sükün arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən daha 4 sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub. Tədbir zamanı avtomobilin konstruksiyasında dəyişiklik edən 10 və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 8 sürücü də müəyyən olunaraq saxlanılıb. Profilaktik tədbir zamanı müxtəlif kobud qayda pozuntularına yol verən ümumilikdə 170 sürücü barəsində inzibati protokol tərtib edilib.Qeyd edək ki, ilin əvvəlindən Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə və narkotiklərin təsiri altında idarə edən 64, avtoxuliqanlıq və sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşən 114 sürücü aşkar olunub.Quba rayonu ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcəkdir.