Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
18.03.2024
Martın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 21 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Martın 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 1 patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 18-də Xankəndi şəhəri ərazisindən 4 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 3 qumbara, 3 qumbara alışdırıcısı, 1 tüfəng, 33 patron darağı, 805 ədəd müxtəlif çaplı patron, 6 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 18,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 18-də ümumi çəkisi 18,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 10,4 kiloqrama yaxın heroin, 7,9 kiloqrama yaxın marixuana və metamfetamin, həmçinin 111 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Quba rayonunun Xucbala kəndi ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən B.Fərzəliyev avtomobillə saxlanılıb
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 18-də Xucbala kəndi ərazisindən “Opel” markalı avtomobil qaçırmaqda şübhəli bilinən B.Fərzəliyev avtomobillə saxlanılıb.Araşdırma aparılır.
Səbail rayonu ərazisində bir nəfərə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən İ.Hətəmov saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 18-də gecə saatlarında rayon ərazisində bir nəfəri kəsici alətlə hədələyərək 100 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İ.Hətəmov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində müxtəlif vaxtlarda 2 mağazadan oğurluq etməkdə şübhəli bilinən N.Bağırov saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində müxtəlif vaxtlarda 2 mağazadan ümumilikdə 2900 manat pul oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş N.Bağırov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluğa görə axtarışda olan R.Mahmudlu saxlanılıb
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) axtarışda olan R.Mahmudlu saxlanılıb. Araşdırmalarla onun Sahil qəsəbəsi ərazisində içərisində 2000 manat qiyməti olan təmir alətləri ilə birlikdə 8000 manat dəyərində konteyner oğurlaması da müəyyən edilib.
Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluqlar edən şəxs saxlanılıb
Nizami və Nərimanov rayonlarında naməlum şəxs ayrı-ayrı vaxtlarda dörd avtomobili talayaraq pul vəsaiti, mobil telefonlar, şəxsi əşyalar və nəqliyyat vasitələrinin ehtiyat hissələrini oğurlayıb. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alim Mahmudov saxlanılıb. Saxlanılan şəxsin paytaxtda yerləşən mağazalardan birində quraşdırılan ödəmə terminalındakı pul vəsaitini, eləcə də bir ədəd velosiped oğurladığı da müəyyən olunub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Xətai rayonunda saxlanılan narkokuryerlərdən 10 kiloqramdan artıq marixuana aşkar edilib
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı paytaxt sakinləri 1994-cü il təvəllüdlü İsgəndərov Bayram və 1980-ci il təvəllədlü Əmirov Vəli saxlanılıblar. Onlardan 10 kiloqramdan artıq marixuana aşkarlanıb. Araşdırmalarla bu şəxslərin Bakı şəhərində narkokuryerlik etdikləri məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.Həmçinin Xətai rayonunda bu ilin ilk rübündə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumilikdə 120 cinayət faktı qeydə alınıb. Saxlanılanlardan 23 kiloqram heroin, marixuana və digər növdən olan narkotiklər, eləcə də psixotrop maddə metamfetamin aşkar olunub. Qeyd edilən dövr ərzində Xətai RPİ-nin əməkdaşları əməliyyat yolu ilə 3 “Kalaşnikov” avtomatı, 1 “Makarov” tapançası və 3 ədəd “F-1” əl qumbarası da aşkar ediblər.