Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonu ərazisində yerləşən parkda bir nəfər şəxsə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən iki yeniyetmə saxlanılıb
16.05.2024
Mayın 15-də axşam saatlarında iki nəfərin Nəsimi rayonu ərazisində yerləşən parkda bir nəfər şəxsin mobil telefonunu danışmaq adı ilə alıb, talayaraq qaçmaları barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nizami rayonu ərazisində bir qadını zorla avtomobilə mindirərək aparmaqda şübhəli bilinən şəxslər saxlanılıb
Mayın 15-də axşam saatlarında Nizami rayonu ərazisində bir qadının zorla “VAZ-21011” markalı avtomobilə mindirilərək aparılması müəyyən olunub.Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla qısa müddətdə həmin qadının şəxsiyyəti müəyyən edilib, onun əri və oğlu tərəfindən döyülərək xəsarət yetirilməsi məlum olub.Keçirilmiş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Axtarışda olan N.Mehdiyev saxlanılıb
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Beynəlxalq Hava Limanı ərazisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan N.Mehdiyevi saxlayıblar. O, araşdırma aparılması üçün Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.
Məhəmmədi, Pirşağı və Kürdəxanı qəsəbələrində müxtəlif vaxtlarda 5 evdən tikinti materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən F.Nəsirov saxlanılıb
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Məhəmmədi, Pirşağı və Kürdəxanı qəsəbələrində müxtəlif vaxtlarda 5 evdən ümumilikdə dəyəri 11000 manata yaxın olan tikinti materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən F.Nəsirov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah və sursatlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Mayın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 3 tüfəng, 6 patron darağı və 430 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 79 cinayətin açılması təmin olunub
15.05.2024
Mayın 15-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən N.Süleymanov avtomobillə birgə saxlanılıb
Mayın 15-nə keçən gecə Güzdək qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Süleymanov Qobu qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.Araşdırma aparılır.
Mayın 15-də ümumi çəkisi 3,5 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 15-də ümumi çəkisi 3,5 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah və sursatlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Mayın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 4 patron darağı və 125 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Mayın 15-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 1 tapança, 2 patron darağı və 4 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.