Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
10.09.2024
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 4 tüfəng, 1 patron darağı və 3 ədəd patron təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 tüfəng aşkar edilərək götürülüb.
Ümumi çəkisi 18,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 10-da ümumi çəkisi 18,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi avqust ayında 352 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən avqust ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 25 əməliyyat keçirilib. Nəticədə narkoşəbəkənin daha 30 üzvü ifşa olunaraq saxlanılıb. Onlardan 15-i ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olub. Əməliyyatlarla 352 kiloqram heroin, tiryək, metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 11 min ədəd psixotrop tərkibli metadon həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları ələ keçirilib. Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
09.09.2024
Sentyabrın 9-da ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bank kartından 353 manat oğurlamaqda şübhəli bilinən qadın və 22 yaşlı qardaşı M.Muradov müəyyən olunaraq saxlanılıblar
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə bir nəfərin bank kartından 353 manatının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı qadın və 22 yaşlı qardaşı M.Muradov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Avtomobildən 1200 manat oğuramaqda şübhəli bilinən V.Həsənov saxlanılıb
Şüvəlan qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsində “Khazar” markalı avtomobildən 1200 manatın oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən orada işləyən V.Həsənov saxlanılıb.Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirilir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 tüfəng təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının sentyabrın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.