Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağstafa rayonunun Xətai kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
11.08.2024
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xətai kəndi ərazisində yabanı halda bitmiş 4,1 ton kiloqrama yaxın çəkidə çətənə kolu aşkarlanaraq məhv edilib.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Avqustun 10-da və 11-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 8 tüfəng, 1 patron darağı və 29 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 35 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 10-da və 11-də ümumi çəkisi 35 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan artıq heroin, 31 kiloqrama yaxın marixuana, 1,9 kiloqrama yaxın metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının avqustun 10-da və 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Avqust 10-da və 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
10.08.2024
Avqustun 10-da ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nərimanov rayonu ərazisində bir qadına qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb
Nərimanov rayonu ərazisində naməlum şəxsin bir qadının içərisində pul olan çantası alması barədə polisə məlumat daxil olub.Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən bir nəfər yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən N.Əliyev saxlanılıb
Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində evlərdən birindən ümumilikdə 20.000 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş N.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Paytaxt sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən R.Əliyev saxlanılıb
Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə müraciət edən paytaxt sakini bir nəfərin onu aldadaraq hesabına 928 manat pul ödətdirməsini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən R.Əliyev müəyyən olunaraq saxlanılıb.
Yasamal rayonu ərazisində bir nəfərin bank kartından 500 manatını oğurlamaqda şübhəli bilinən Y.Baxışlı saxlanılıb
Yasamal rayonu ərazisində bir nəfərin bank kartından 500 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Y.Baxışlı müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.