Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonu Ləhic bağlarında yerləşən evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən X.Əliyev və İ.Paşayev saxlanılıblar
06.09.2024
Sabunçu rayonu Ləhic bağlarında yerləşən evlərin birindən 1650 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar X.Əliyev və İ.Paşayev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Nizami rayonu ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Nizami rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub. Polisə müraciət edən ev sahibəsi sentyabrın 5-də 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qax rayonunun İngiloy Kötüklü kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İngiloy Kötüklü kəndi ərazisində yabanı halda bitmiş 2,7 ton çəkidə 6651 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Göyçay rayonunun Potu kəndi ərazisindən yabanı halda bitmiş çətənə kolları məhv edilib
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Potu kəndi ərazisindən yabanı halda bitmiş 1 ton çəkidə 1300 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
05.09.2024
Sentyabrın 5-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 5-də polis əməkdaşları 4 ədəd tüfəng təhvil götürüblər.
Ümumi çəkisi 2,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 5-də ümumi çəkisi 2,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakıxanov qəsəbəsində yerləşən evlərdən birinin qarşısından velosiped oğurlamaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb
Bakıxanov qəsəbəsində yerləşən evlərdən birinin qarşısından 3000 manat dəyərində velosipedin oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.