Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
09.09.2024
Sentyabrın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən M.Kərimov müəyyən olunaraq saxlanılıb
Polisə müraciət edən 60 yaşlı kişi Nizami rayonu ərazisində bir nəfərin ona zor tətbiq edərək mobil telefonunu talamasını bildirib. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 57 yaşlı M.Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş A.Hüseynov və V.Cəfərovdan 730 qrama yaxın çəkidə heroin, tiryək və marixuana aşkar olunaraq götürülüb
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş A.Hüseynov və V.Cəfərov saxlanılıb. Onlardan 730 qrama yaxın çəkidə heroin, tiryək və marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Sumqayıtda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram narkotik vasitə aşkarlanıb
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsini təşkil edən əvvəllər dəfələrlə məhkum olunmuş 1988-ci il təvəllüdlü Sakit Musayev saxlanılıb. Onun üzərindən və evindən ümumilikdə 50 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, tiryək və metamfetamin aşkarlanaraq götürülüb.S.Musayev narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əvvəlcədən müəyyən olunmuş yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb. İstintaq araşdırmaları zamanı ortaya çıxan sübutlar S.Musayevin narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəbəkənin əsas üzvlərindən biri olduğunu təsdiqləyib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. S.Musayevin üzvü olduğu narkoşəbəkənin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
08.09.2024
Sentyabrın 8-də ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
E.Qocayevdən “Makarov” markalı tapança və 7 ədəd patron aşkar olunaraq götürülüb
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində keçirdikləri tədbir nəticəsində E.Qocayev saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oradan “Makarov” markalı tapança və 7 ədəd patron aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisində evlərin birindən oğurluq etməkdə şübhəli bilinən R.Bağışov və 2 qadın saxlanılıb
Yasamal rayonu ərazisində evlərin birindən oğurluq olub. Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən ev sahibi oradan 74.000 manat pul və 15.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.Bağışov və 2 qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən B.Xanlarov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində yerləşən marketlərin birindən 900 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən B.Xanlarov saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisindən yabanı halda bitmiş çətənə kolları məhv edilib
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən yabanı halda bitmiş 1,7 ton çəkidə 3022 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Sentyabrın 7-də və 8-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 3 tüfəng və 7 ədəd patron aşkar edilərək götürülüb.