Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonu ərazisindən bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
13.09.2024
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub
12.09.2024
Sentyabrın 12-də ölkə ərazisində qeydə alınan 35 , əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 tüfəng təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Sentyabrın 12-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng və 7 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 3,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də ümumi çəkisi 3,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 12-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bir nəfərin bank kartından 2000 manatını oğurlamaqda şübhəli bilinən K.Əlizadə saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 2000 manatını oğurlamaqda şübhəli bilinən 22 yaşlı K.Əlizadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Paytaxtın Binəqədi rayonu ərazisində şübhəli şəxs qismində saxlanılan M.Namazovdan metamfetamin, avtomobilindən isə odlu silah aşkar olunaraq götürülüb
Paytaxtın Binəqədi rayonu ərazisində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Namazov şübhəli şəxs qismində saxlanılıb. Ondan metamfetamin aşkar olunub. Onun “Mercedes” markalı avtomobilinə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança və 7 ədəd patron da aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Türkan qəsəbəsi ərazisində müxtəlif vaxtlarda iki həyətdən və bir fermadan mal-qara oğurlamaqda şübhəli bilinən 53 yaşlı E.İsmayılov saxlanılıb
Türkan qəsəbəsi ərazisində müxtəlif vaxtlarda iki həyətdən və bir fermadan ümumilikdə 75 baş qoyun və 30 baş keçinin oğurlanması barədə polisə məlumatlar daxil olub. Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 53 yaşlı E.İsmayılov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.