Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 35,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
11.09.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 11-də ümumi çəkisi 35,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Dələduzluq əməlini törətməkdə şübhəli bilinən E.Qəhrəmanlı müəyyən olunaraq saxlanılıb
Gəncə şəhərində bir nəfəri aldadan şəxsin öz hesabına 5000 manat ödətdirməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı E.Qəhrəmanlı müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Dələduzluq əməlini törətməkdə şübhəli bilinən S.Hacıyev müəyyən olunaraq saxlanılıb
Sumqayıt şəhər sakini olan bir nəfər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə aldadılaraq 8000 manatının alınması ilə bağlı müraciət edib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən S.Hacıyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Dələduzluq əməlini törətməkdə şübhəli bilinən M.Şahmuradlı saxlanılı
Şabran rayon sakininin aldadılaraq 10.000 manatının alınması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı M.Şahmuradlı saxlanılıb. Onun xuliqanlığa görə axtarışda olması da müəyyən olunub.Araşdırma aparılır.
Dələduzluq əməllərini törətməkdə şübhəli bilinən X.Qasımov müəyyən olunaraq saxlanılıb
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə ayrı-ayrı vaxtlarda 9 nəfəri aldadan şəxsin ümumilikdə onların 3240 manat vəsaitini öz hesabına ödətdirməsi barədə müraciətlər daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 30 yaşlı X.Qasımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
7000 manat dəyərində inşaat materialları və məişət əşyalarının oğurlamaqda şübhəli bilinən N.Tağıyev müəyyən olunaraq saxlanılıb
Buzovna qəsəbəsində yerləşən bir evin həyətindən 7000 manat dəyərində inşaat materialları və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən N.Tağıyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Marketlərin birindən 1300 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Ş.İsgəndərov və A.Məmmədov müəyyən olunaraq saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən marketlərin birindən 1300 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ş.İsgəndərov və A.Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Bank kartından 760 manatını oğurlamaqda şübhəli bilinən R.Heydərov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 8-də bir nəfərin bank kartından 760 manatını oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş R.Heydərov saxlanılıb.Araşdırma aparılır.
Marketlərin birindən 2000 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Saray qəsəbəsində yerləşən marketlərin birindən 2000 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.Araşdırma aparılır.