Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Restoranların birindən 738 manat pul oğurlamaqda şübhəli bilinən Ə.Mutarzadə saxlanılıb
11.09.2024
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 11-nə keçən gecə rayon ərazisində yerləşən restoranların birindən 738 manat pul oğurlamaqda şübhəli bilinən Ə.Mutarzadə saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
Sentyabrın 11-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 qumbara və 6 tüfəng təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə isə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.
Ümumi çəkisi 35,2 kiloqrama yaxın narkotik vasitə və 20 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 11-də ümumi çəkisi 35,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
10.09.2024
Sentyabrın 10-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonu ərazisində bir nəfəri aldadaraq 8650 manat dəyərində məhsulunu almaqda şübhəli bilinən A.Rüstəmov saxlanılıb
Binəqədi rayonu ərazisində bir nəfərin aldadılaraq 8650 manat dəyərində məhsulunun alınması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən A.Rüstəmov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisində müxtəlif vaxtlarda 3 mağazadan pul və mobil telefon oğurlayan T.Ağazadə saxlanılıb
Sentyabrın 9-da gecə saat 4 radələrində Yasamal rayonu ərazisində yerləşən marketlərin birindən Yasamal Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal həmin ünvana gələn polis əməkdaşları oradan oğurluğa cəhd göstərən T.Ağazadəni saxlayaraq 28-ci Polis Şöbəsinə təhvil veriblər. Araşdırmalarla onun rayon ərazisində müxtəlif vaxtlarda 3 mağazadan pul və mobil telefon oğurlaması müəyyən edilib.
Qobu qəsəbəsində iki avtomobildən və bir qadının çantasından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar
Qobu qəsəbəsində “Toyota” markalı avtomobildən 600 manat pul, Atyalı qəsəbəsi ərazisində isə “Nissan” markalı avtomobildən 2950 manat pul, yanğın söndürən balon, təkər dolduran kompressor və təmizlik vasitələrinin oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən B.Dadaşov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri ilə sentyabrın 9-da Qobu qəsəbəsi ərazisində bir qadının çantasından 3500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən 38 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.