Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
08.09.2024
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 7-də və 8-də polis əməkdaşları 2 tüfəng təhvil götürüblər.
Ümumi çəkisi 9,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 7-də və 8-də ümumi çəkisi 9,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 7-də və 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 7-də və 8-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
07.09.2024
Sentyabrın 7-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Müxtəlif vaxtlarda 6 nəfərə qarşı dələduzluq əməllərini törətməkdə şübhəli bilinən S.Şirinov, A.Zeynalov, C.Hacıyev və S.Mənsimov saxlanılıblar
Müxtəlif vaxtlarda 5 nəfərin 80.000, 20.000, 8000, 2000 və 3500 manat olmaqla ümumilikdə 113.500 manat pullarının aldadılaraq alınması, bir nəfərin isə onu aldadan şəxsin hesabına 2000 manat ödətdirməsi barədə polisə məlumatlar daxil olub. Paytaxtın Xəzər, Nəsimi, Nizami və Yasamal rayonlarında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən S.Şirinov, A.Zeynalov, C.Hacıyev və S.Mənsimov müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.
Yasamal rayonu ərazisində 3 nəfərə qarşı dələduzluq əməlini törətməkdə şübhəli bilinən R.Ağayev saxlanılıb
Yasamal rayonu ərazisində 3 nəfərin ayrı-ayrı vaxtlarda aldatma yolu ilə mobil telefonlarının alınması barədə 27-ci Polis Şöbəsinə məlumatlar daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən R.Ağayev saxlanılıb.Onun soyğunçuluğa görə axtarışda olması da müəyyən olunub.Araşdırma aparılır.
Dələduzluq əməlini törətməkdə şübhəli bilinən B.Əhmədov və B.Bəşirov saxlanılıblar
Nizami rayonu ərazisində yerləşən şirkətlərin birindən aldatma yolu ilə 17.480 manat dəyərində elektrik əşyalarının alınması barədə polisə məlumat daxil olub. Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən B.Əhmədov və B.Bəşirov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gəncə şəhəri ərazisində bir nəfərin mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən V.Həsənov saxlanılıb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində bir nəfərin mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş V.Həsənov saxlanılıb. Ondan marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Səbaildə saxlanılan şəxslərdən 2 kiloqram heroin aşkarlanıb
Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuşlar Elvin İsmayılov və tanışı S.Gözəlova saxlanılıblar. Onların üzərindən 2 kiloqramdan çox narkotik vasitə olan heroin aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.