Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bir qadının çantasını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
05.09.2024
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 3-də bir qadının içərisində pulu, qızıl boyunbağısı və sırğası olan çantasını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində müxtəlif vaxtlarda oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində müxtəlif vaxtlarda oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar. Belə ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 2-də 11-ci mikrorayon ərazisində yerləşən marketdə bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Y.Şərifov, 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə “KİA” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən C.Qarayev, 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə 1-ci mikrorayon ərazisində yerləşən köşklərin birindən 850 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən S.Cəbrayılov saxlanılıb.Hər üç faktla bağlı araşdırma aparılır.
Xətai rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki evlərin birindən 1500 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gəncə şəhəri ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yabanı halda bitmiş 1,3 ton çəkidə 2823 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub
04.09.2024
Sentyabrın 4-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 qumbara, 10 tüfəng və 43 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Sentyabrın 4-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tapança və 2 tüfəng aşkar edilərək götürülüb.
Ümumi çəkisi 2,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 4-də ümumi çəkisi 2,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 4-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.