Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yasamal rayonu ərazisində yerləşən bir obyektdən 11 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən R.İbişov müəyyən olunaraq saxlanılıb
12.09.2024
Sentyabrın 11-də Yasamal rayonu ərazisində yerləşən bir obyektdən 11 ədəd noutbukun oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı R.İbişov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən T.Abdulhəsənov saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin 2700 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən T.Abdulhəsənov saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən iki şəxs müəyyən olunaraq saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən avtoyuma məntəqəsində “BMW” markalı avtomobildən hesabında 1500 manat olan 3 ədəd bonus kartının oğurlanması və həmin bonuslar istifadə olunmaqla mobil telefon alınması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 30 yaşlı V.Qurbanov müəyyən olunaraq saxlanılıb. Ondan metamfetamin aşkar olunaraq götürülüb.19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri ilə sentyabrın 7-də “Honda” markalı avtomobildən içərisində pul, sənədlər və bank kartları olan pulqabını oğurlamaqda və həmin kartdan alış-veriş etməkdə şübhəli bilinən 20 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
Xızı rayon sakinini aldadaraq 3300 manatını almaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb
Xızı rayon sakini aldadılaraq 3300 manatının alınması ilə bağlı polisə mçüraciət edib. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xaçmaz rayonunun Bostançı kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bostançı kəndi ərazisində yabanı halda bitmiş 1,5 ton çəkidə 566 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Xətai rayonunda saxlanılan 4 narkokuryerdən 16 kiloqram marixuana aşkarlanıb
Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı İbrahim Müzəffərov, Səbuhi Həsənov, Əli Şərifov və Mətin Rzayev saxlanılıblar. Onlardan ümumilikdə 16 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
DİN KMBİ tərəfindən “Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində “2024 Formula 1 Azərbaycan Qran-Prisi” yarışlarına saxta biletlər hazırlayaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş Elmar İsrafilov saxlanılıb.Müəyyən edilib ki, bu şəxs “Instagram” sosial şəbəkəsində yaratdığı profillərdə onlayn qaydada məlumatları dəyişdirilmiş saxta biletlər yerləşdirərək satışı ilə məşğul olub. E.İsrafilov bu yolla 30 nəfərdən artıq şəxsə saxta bilet sataraq maddi gəlir əldə edib. Aparılan əməliyyat-texniki tədbirlər zamanı saxlanılan şəxsin törətdiyi hüquqazidd əməllər tam sübuta yetirilib. Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.Sonda bir daha qeyd edək ki, “Formula 1 Azərbaycan Qran-Prisi”ni canlı izləmək istəyən şəxslərə biletləri yalnız yarışın rəsmi internet ünvanı, digər partnyor sayt və satış məntəqələrindən əldə etmələri tövsiyə olunur.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
11.09.2024
Sentyabrın 11-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışda olan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
Sentyabrın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 qumbara və 6 tüfəng təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə isə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.