Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
06.09.2024
Sentyabrın 6-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 2 patron darağı və 60 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Sentyabrın 6-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 7 tüfəng, 2 patron darağı və 20 ədəd patron aşkar edilərək götürülüb.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Xankəndi, Şuşa şəhərləri və Xocalı rayonu ərazisindən silah və sursatlar aşkar edilərək götürülüb
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilirVətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.Həyata keçirilən tədbirlərlə 31 avqust – 6 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 alışdırıcı, 4 süngü-bıçaq, 200 patron darağı, 9786 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhəri ərazisindən 1 avtomat silahı, Xocalı rayonu ərazisindən isə 18 mərmi aşkar edilərək götürülüb.
Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisindən “VAZ-27175” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qəsəbə sakini R.Hüseynov avtomobillə birgə saxlanılıb
Sentyabrın 6-da gecə saatlarında Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisindən “VAZ-27175” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini R.Hüseynov avtomobillə birgə saxlanılıb.Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 5-də rayon ərazisindən “Toyota” markalı avtomobil qaçırmaqda şübhəli bilinən Ə.Məmmədov avtomobillə birgə saxlanılıb.Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə sentyabrın 5-də rayon ərazisindən “Moona” markalı motosiklet qaçırmaqda şübhəli bilinən M.Salahov motosikletlə birgə saxlanılıb. Hər üç faktla bağlı araşdırma aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Budaqov və N.Əmirov paytaxt ərazisində saxlanılıblar
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Budaqov və əvvəllər də eyni əmələ görə məhkum olunmuş N.Əmirov paytaxt ərazisində saxlanılıblar. Onlardan metamfetamin, marixuana, metadon həbləri və metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində bir nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən K.Əmirov saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş K.Əmirov saxlanılıb. Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə sentyabrın 5-də Badamdar yolunda bir nəfərin velosipedindən 355 manat pul oğurlamaqda şübhəli bilinən T.Zeynalov saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Bir sıra dələduzluq əməllərini törətməkdə şübhəli bilinən bir qrup şəxs müəyyən olunaraq saxlanılıb
Ayrı-ayrı vaxtlarda 2 nəfəri aldadan şəxslərin öz hesablarına 2900 və 5500 manat pul ödətdirməsi, bir nəfərin aldadılaraq hesabından 210 manatının çıxarılması, digərinin isə eyni üsulla 500 manatının alınması barədə polisə məlumatlar daxil olub. Yasamal və Nəsimi rayonları ərazisində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 32 yaşlı E.Niftəliyev, 32 yaşlı E.Həsənov, 46 yaşlı L.Vəliyeva və 32 yaşlı N.Mustafayeva müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.