Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
04.09.2024
Sentyabrın 4-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Xırdalan şəhəri ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən A.Bəkirov saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 1-nə keçən gecə Xırdalan şəhəri ərazisində yerləşən evlərin birindən 630 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Bəkirov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisində bir nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən S.Abbasov saxlanılıb
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin 650 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Abbasov saxlanılıb.Araşdırma aparılır.
Şəki şəhəri ərazisində 3 baş qoyun oğurlamaqda şübhəli bilinən E.Ramazanlı və F.Abdullayev saxlanılıblar
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində bir yardımçı təsərrüfatdan 3 baş qoyun oğurlamaqda şübhəli bilinən E.Ramazanlı və F.Abdullayev saxlanılıb. Araşdırma aparılır.
Ağdam rayonunun Əfətli kəndi ərazisində S.Aslanovun kultivasiya yolu ilə yetişdirdiyi çətənə kolları və marixuana götürülüb
Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Əfətli kəndi ərazisində S.Aslanovun kultivasiya yolu ilə yetişdirdiyi 4 ədəd çətənə kolu və 120 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Zaqatala rayonunun Dağlı kəndi ərazisində yabanı halda bitmiş 4 ton çəkidə çətənə kolları məhv edilib
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Dağlı kəndi ərazisində yabanı halda bitmiş 4 ton çəkidə 4333 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Göygöl rayonunun Toğanalı kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Toğanalı kəndi ərazisində yabanı halda bitmiş 427 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
03.09.2024
Sentyabrın 3-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtın Nəsimi rayonu ərazisində müxtəlif vaxtlarda 5 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən S.Xəlilov saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə paytaxtın Nəsimi rayonu ərazisində müxtəlif vaxtlarda 5 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini S.Xəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən E.İsmayılov saxlanılıb
Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.İsmayılov saxlanılıb. Ondan 2 kiloqram 225 qram heroin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.