Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
15.09.2024
Polis əməkdaşlarının sentyabrın 14-də və 15-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 14-də və 15-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
14.09.2024
Sentyabrın 14-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtın Binəqədi və Nəsimi rayonlarında dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxtın Binəqədi və Nəsimi rayonlarında dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıbBinəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 12-də bir nəfərin 22000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 23 yaşlı C.Məmmədov, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə avqustun 20-də bir nəfərin 3000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı E.Cəfərov və 48 yaşlı R.Şükürov müəyyən olunaraq saxlanılıblar.Faktlarla bağlı araşdırma aparılır.
Masazır qəsəbəsi ərazisində bir nəfərin bank kartından 490 manatını oğurlamaqda şübhəli bilinən 34 yaşlı qadın saxlanılıb
Avqust ayının 30-da Masazır qəsəbəsi ərazisində bir nəfərin bank kartından 490 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 34 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin bank kartından 55 manatını oğurlamaqda şübhəli bilinən 21 yaşlı C.Abbasov, Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə sentyabrın 12-də şəhər ərazisində bir nəfərin bank kartından 91 manatını oğurlamaqda şübhəli bilinən 18 yaşlı A.Bəbirov və 22 yaşlı E.Məmmədov müəyyən olunaraq saxlanılıblar.Faktlarla bağlı araşdırma aparılır.
Nəsimi rayonu ərazisində dələduzluq törətməkdə şübhəli bilinən 49 yaşlı S.Zeynalov saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin mobil telefonunu dələduzluq yolu ilə almaqda, bir nəfərə isə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən 49 yaşlı S.Zeynalov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xətai rayonu ərazisində marşrut avtobusunda bir nəfərin 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.İbrəhimov saxlanılıb
Xətai rayonu ərazisində marşrut avtobusunda bir nəfərin 2 ədəd mobil telefonunun oğurlanması barədə 35-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı S.İbrəhimov müəyyən olunaraq saxlanılıb. Ondan metamfetamin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir nəfərin quldurluq yolu ilə pulunu və mobil telefonunu talamaqda şübhəli bilinən İ.Əmirxanlı və Ə.Məmmədov saxlanılıblar
Sentyabrın 14-də gecə saatlarında Nəsimi rayonu ərazisində bir nəfərin quldurluq yolu ilə pulunun və mobil telefonunun talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İ.Əmirxanlı və soyğunçuluğa görə məhkum olunmuş Ə.Məmmədov müəyyən olunaraq saxlanılıblar. Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Xırdalan şəhərində avtomobildən səsgücləndirici oğurlamaqda şübhəi bilinən Ş.Məmmədov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhərində “Mercedes” markalı avtomobildən 1000 manat dəyərində səsgücləndirici oğurlamaqda şübhəi bilinən Ş.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Xaçmaz rayon sakini Y.Qürbətovdan marixuana aşkar olunaraq götürülüb
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xaçmaz rayon sakini Y.Qürbətov saxlanılıb. Ondan marixuana aşkar olunaraq götürülüb. Ona məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.Araşdırma aparılır.