Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yasamal rayonu ərazisində bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
13.08.2024
Yasamal rayonu ərazisində bir nəfərin bank kartından 300 mantının oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən bir nəfər qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Daşkəsən rayonunun Əmirvar kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Əmirvar kəndi ərazisində yabanı halda bitmiş 160 kiloqram çətənə kolu aşkar olunaraq məhv edilib.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Avqustun 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tüfəng, 1 mərmi və 1 ədəd qumbaraatan təhvil götürüblər.
Ümumi çəkisi 3,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 13-də ümumi çəkisi 3,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının avqustun 13-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Avqustun 13-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub
12.08.2024
Avqustun 12-də ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonunda bir qadını aldadaraq pulunu almaqda şübhəli bilinən H.Ələkbərova saxlanılıb
Binəqədi rayonunda bir qadının naməlum şəxs tərəfindən aldadılaraq 10000 manat, 10000 dollar və 500 avro pulunun alınması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən H.Ələkbərova müyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu Moskva prospektində yerləşən kafelərin birindən telefon oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Nəsimi rayonu Moskva prospektində yerləşən kafelərin birindən 300 manat dəyərində telefon oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonu B.Nuriyev küçəsindəki mənzillərdən birinin qarşısından velosiped oğurlamaqda şübhəli bilinən V.Məmmədov saxlanılıb
Nizami rayonu B.Nuriyev küçəsindəki mənzillərdən birinin qarşısından 300 manat dəyərində velosiped oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən V.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.