Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
17.09.2024
Sentyabrın 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Mehdiabad qəsəbəsində axtarışda olan 14 nəfər saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən müxtəlif hüquqpozmalara qarşı sentyabr ayı ərazində həyata keçirilən tədbirlər zamanı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 nəfər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində isə 5 nəfər tutularaq istintaqa təqdim edilib. Onlardan 5 kiloqramdan artıq metamfetamin və marixuana aşkarlanıb. Əməliyyat yolu ilə 1 nəfərdən “Makarov” markalı tapança aşkarlanıb, profilaktik tədbirlərlə isə vətəndaşlar tərəfindən müvafiq sənədləri olmayan 4 ədəd tüfəng təhvil verilib. Mülki öhdəlikləri yerinə yetirməyən 29 şəxs müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib. 14 inzibati icraat üzrə talama hadisələri törədən şəxslər barəsində də tədbirlər görülüb.
Mağazaları talayan və “Prius” qaçıran dəstə üzvləri saxlanılıblar
Nərimanov rayonunda yerləşən mağazaların birindən müxtəlif markalı mobil telefon və noutbukların oğurlanması barədə polisə məlumat daxil olub. Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər Mehman Mehdiyev, Kamran Hacıyev və Asim Məhərrəmov saxlanılıblar. Araşdırmalar zamanı onların Nərimanov rayonunda əlavə olaraq “Toyota Prius” markalı avtomobil qaçırdıqları da müəyyən edilib. Dəstə üzvləri həmin gecə paytaxt ərazisində eyni model başqa bir nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da oğurlayaraq qaçırdıqları avtomobilin üzərinə bağlayıb idarə ediblər. Bundan başqa bu şəxslərin Gəncə, Şəmkir və Binəqədi rayonları ərazilərində də mağazalardan oğurluqlar etdikləri məlum olub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
16.09.2024
Sentyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nəsimi rayonu ərazisində bir yeniyetməyə qarşı quldurluq etməkdə şübhəli bilinən iki yeniyetmə saxlanılıb
Nəsimi rayonu ərazisində bir yeniyetmənin mobil telefonunun quldurluq yolu ilə talanması barədə 22-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Balaxanı qəsəbəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən C.Əhmədli saxlanılıb
Sentyabrın 14-də gecə saatlarında Balaxanı qəsəbəsində bir evdən 3150 manat, 1900 ABŞ dolları və qızıl-zinət əşyalarının quldurluq yolu ilə talanması barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş C.Əhmədli müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 4000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir nəfərin içərisində 14900 manat pulu olan çantasını oğurlamaqda şübhəli bilinən R.Aslanov saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 16-da rayon ərazisində bir nəfərin içərisində 14900 manat pulu olan çantasını oğurlamaqda şübhəli bilinən R.Aslanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 6 tüfəng və 27 patron darağı təhvil götürüblər.
Qanunsuz saxlanılan 4 tüfəng aşkar edilərək götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 tüfəng aşkar edilərək götürülüb.