Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzində avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən N.Məhərrəmov saxlanılıb
17.09.2024
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən ticarət mərkəzində “Mercedes” markalı avtomobildən 4600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən N.Məhərrəmov müəyyən olunaraq saxlanılıb. Onun “KİA” markalı digər avtomobildən içərisində 1650 manat pul və qızıl üzük olan çantanı oğurlaması da məlum olub.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində yerləşən bazarda obyektlərdən birinin avadanlığını yararsız hala salmaqda və 4 kondisioneri oğurlamaqda şübhəli bilinən R.Mirzəyev saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən bazarda obyektlərin birinin qarşısında 2 kondisionerin və 5 soyuducunun yararsız hala salınması, 4 kondisionerin isə oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən R.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində yerləşən köşklərin birindən lotereya bileti oğurlamaqda şübhəli bilinən T.Qafarov saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən köşklərin birindən 400 manat dəyərində lotereya bileti oğurlamaqda şübhəli bilinən T.Qafarov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Bir nəfərin kartından 250 manat oğurlamaqda şübhəli bilinən C.Musayev saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avqustun 28-də bir nəfərin kartından 250 manat oğurlamaqda şübhəli bilinən 29 yaşlı C.Musayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhər sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Z.Əfəndiyev saxlanılıb
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 16-da şəhər sakini olan bir nəfərin 10.000 manat dəyərində tütün məmulatını dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən 37 yaşlı Z.Əfəndiyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisindən 500 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən A.Əlisultanov saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən 500 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 45 yaşlı A.Əlisultanov saxlanılıb.Araşdırma aparılır.
Səbail və Nəsimi rayonları ərazisində 2 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən A.Apoyev və Ş.Abbasov saxlanılıblar
Səbail və Nəsimi rayonları ərazisində 2 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş A.Apoyev və Ş.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 tüfəng təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə isə qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.
Ümumi çəkisi 49,2 kiloqrama yaxın narkotik vasitə və 4782 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 17-də ümumi çəkisi 49,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin 4782 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 17-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.