Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonu ərazisində bir vətəndaşın mobil telefonunu, digərinin isə velosipedini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
18.09.2024
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin mobil telefonunu və digər şəxsin velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş N.Səmədli və K.Dadaşov saxlanılıb. Araşdırma aparılır.
İki nəfəri aldadaraq ümumilikdə hesabına 20.000 manat ödətdirməkdə şübhəli bilinən E.Qəhrəmanlı saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iki nəfəri aldadaraq ümumilikdə hesabına 20.000 manat ödətdirməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 38 yaşlı E.Qəhrəmanlı müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Dələduzluq etməkdə şübhəli bilinən 25 yaşlı F.Aydınov saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 136 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 25 yaşlı F.Aydınov saxlanılıb. Araşdırma aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Səfərov saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Səfərov saxlanılıb. Ondan marixuana, metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Zaqatala rayonunun Mosul kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkarlanaraq məhv edilib
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Mosul kəndi ərazisində yabanı halda bitmiş 3 ton çəkidə 4285 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Binəqədi rayonunda əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən odlu silah-sursatların aşkarlanması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir. Son 1 ay ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 98 fakt aşkarlanıb. Ümumilikdə 29 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 8 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb.Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.Həmçinin Binəqədi rayonunda polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı 2 "Kalaşnikov" avtomatı, 2 "Makarov" tapançası və 21 ədəd patron aşkarlanıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
17.09.2024
Sentyabrın 17-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.