Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
27.09.2024
Polis əməkdaşlarının sentyabrın 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Ötən gün polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlanıb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir. Sentyabrın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 8 tapança, 37 qumbara, 15 partladıcı, 4 alışdırıcı, 48 tüfəng, 21 patron darağı və 1322 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayət alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş onları könüllü təhvil veriblər. Bu, polis-vətəndaş münasibətində formalaşan etimaddır. Qanunsuz saxlanılan odlu və döyüş silahlarını, partlayıcıları könüllü təhvil verən hər bir insan vətəndaşlıq nümunəsi göstərir. Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Bu vətəndaşlıq nümunəsinin kütləvi təşviqini nəzərə alaraq cəmiyyətin hər üzvünün dəstəyi önəmlidir. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər.Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik.
Gün ərzində ölkə ərazisində qeydə alınan 85 cinayətin açılması təmin olunub
26.09.2024
Sentyabrın 26-da ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 45 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində müxtəlif vaxtlarda 4 nəfərin bank kartlarından ümumilikdə 1420 manat pul oğurlamaqda, 10 nəfərin isə 2500 manata yaxın vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən S.Abbasov müəyyən olunaraq saxlanılıb. Digər əməliyyat tədbirləri ilə daha 6 nəfərin ümumilikdə 9000 manatdan çox vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ş.Alxasov və V.Əliyev saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində yerləşən mağazaların birindən 5 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən B.Xanlarov saxlanılıb
Sentyabrın 6-da gecə saatlarında Xırdalan şəhəri ərazisində yerləşən mağazaların birindən 5 ədəd noutbukun oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş B.Xanlarov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonu ərazisində 5 avtomobildən ümumilikdə 11500 manat pul, maqnitofon, bank kartı və sənədlər oğurlamaqda şübhəli bilinən bir qrup şəxs saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə rayon ərazisində “Hyundai”, “Toyota”, “Mercedes”, “Kia” və “VAZ” markalı 5 avtomobildən müxtəlif üsul və vasitələrlə ümumilikdə 11500 manat pul, maqnitofon, bank kartı və sənədlər oğurlamaqda şübhəli bilinən A.Həsənov, İ.Rüstəmli, Ə.Məmmədov, B.Dadaşov müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.
Ümumi çəkisi 9,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 26-da ümumi çəkisi 9,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.