Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxt sakini olan bir nəfəri aldadaraq öz hesabına pul ödətdirməkdə şübhəli bilinən S.Seyidov saxlanılıb
27.09.2024
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt sakini olan bir nəfəri aldadaraq öz hesabına 511 manat ödətdirməkdə şübhəli bilinən 20 yaşlı S.Seyidov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Bir qadının 2000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən E.Həşimov saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir qadının 2000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı E.Həşimov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən R.Məmmədov saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 19-da bir nəfərin bank kartından 618 manatını oğurlamaqda şübhəli bilinən 18 yaşlı R.Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xətai rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən T.Məmmədov və M.Nəbiyev saxlanılıblar
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazaların birindən 1300 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən 37 yaşlı T.Məmmədov və 35 yaşlı M.Nəbiyev saxlanılıblar. Araşdırma aparılır.
Abşeron rayonunun Məmmədli kəndi ərazisində iki evdən oğurluq etməkdə şübhəli bilinən E.Abidov və R.Qasımov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Məmmədli kəndi ərazisində bir evdən 1100 manat dəyərində məişət əşyaları və naqil, digər evin zirzəmisindən isə 600 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən 29 yaşlı E.Abidov və əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 38 yaşlı R.Qasımov saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
Bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən V.Hüseynov saxlanılıb
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən 43 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Şəki şəhəri ərazisində yerləşən fermaların birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində yerləşən fermaların birindən 6500 manat pul oğurlamaqda şübhəli bilinən 45 yaşlı Z.Fətəliyev, əvvəllər məhkum olunmuş 41 yaşlı R.Novruzəliyev və 63 yaşlı Ü.Novruzəliyev saxlanılıb. Araşdırma aparılır.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 21 tüfəng, 2 patron darağı və 8 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Sentyabrın 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 6 tüfəng aşkar edilərək götürülüb.
Ümumi çəkisi 10,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 27-də ümumi çəkisi 10,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.