Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bir nəfərin 76500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən A.Hüseynov saxlanılıb
25.09.2024
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 76500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 57 yaşlı A.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən R.Zülfüqarov saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 25-də rayon ərazisində yerləşən mağazaların birindən 350 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 38 yaşlı R.Zülfüqarov saxlanılıb. Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 tüfəng, 1 patron darağı və 5 ədəd patron təhvil götürüblər.
Ümumi çəkisi 6,9 kiloqrama yaxın narkotik vasitə və 16.000 ədəd metadon həbi götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 25-də ümumi çəkisi 6,9 kiloqrama yaxın narkotik vasitə, həmçinin 16.000 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 25-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Sabunçu rayonunda evdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən saxlanılıb
Paytaxtın Sabunçu rayonunda yerləşən evlərin birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.Belə ki, rayon ərazisində yerləşən və xüsusi texniki vasitələrlə qorunan mənzildən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Baxış zamanı evin içərisində olan naməlum şəxs hadisə yerindən qaçmağa çalışıb. Onun bu cəhdinin qarşısı mühafizə polislərinin çevik reaksiyası nəticəsində alınıb. Həmin şəxs əvvəllər məhkum edilmiş Zamin Məmmədov saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə təhvil verilib. Saxlanılan şəxsin üzərindən 2 ədəd kəsici alət də aşkarlanaraq maddi sübut kimi götürülüb. Z.Məmmədovun analoji cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
24.09.2024
Sentyabrın 24-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonu ərazisində şübhəli şəxs qismində saxlanılan C.Kərimovdan silah-sursat götürülüb
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə 44 yaşlı C.Kərimov şübhəli şəxs qismində saxlanılıb. Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 patron darağı və 1 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində yerləşən oyun zalında bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən N.Məmmədov saxlanılıb
Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən oyun zalında bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən 21 yaşlı N.Məmmədov saxlanılıb. Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində bir nəfərin pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən 39 yaşlı R.Babayev saxlanılıb. Ondan metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.Faktlarla bağlı araşdırma aparılır.