Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 31,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
22.09.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 21-də və 22-də ümumi çəkisi 31,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan artıq heroin, 27,3 kiloqramdan çox marixuana, 1,6 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 662 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 21-də və 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 21-də və 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
21.09.2024
Sentyabrın 21-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Biləcəri dəmir yolu stansiyası ərazisindən naqil oğurlamaqda şübhəli bilinən İ.Əliyev saxlanılıb
Sentyabrın 20-də Biləcəri dəmir yolu stansiyası ərazisindən naqil oğurlanması barədə polisə məlumat daxil olub. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 42 yaşlı İ.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Şamaxı şəhəri ərazisində bir nəfərin 3400 manatını oğurlamaqda şübhəli bilinən T.Abdullayev və S.Salmanov saxlanılıblar
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 21-də şəhər ərazisində bir nəfərin 3400 manatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - T.Abdullayev və S.Salmanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
20.09.2024
Sentyabrın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir
Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 2 qumbara, 3 süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 1 pulemyot, 29 qumbara, 2 süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə 1 avtomat silahı, 1 tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Bir nəfərin 6300 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ə.Məlikov saxlanılıb
Xəzər RPİ-nin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 6300 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 58 yaşlı Ə.Məlikov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunun 7-ci mikrorayon ərazisindən moped oğurlamaqda şübhəli bilinən K.Qaçayev saxlanılıb
Sentyabrın 15-də 7-ci mikrorayon ərazisindən moped oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən K.Qaçayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.