Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Z.Vənətiyev saxlanılıb
30.09.2024
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər oğurluğa görə məhkum olunmuş 41 yaşlı Z.Vənətiyev saxlanılıb. Ondan külli miqdarda marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Ağstafa rayonunun Poylu kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Poylu kəndi ərazisində yabanı halda bitmiş 1 ton 627 kiloqram çəkidə 465 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Nərimanovda narkokuryerlik edən 5 nəfərdən 13 kiloqram narkotik vasitə aşkarlanıb
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar davam etdirilir. Son 10 gün ərzində keçirilən tədbirlərlə paytaxt sakinləri Röyal Şahhüseynov, Rahid Məmmədov, Kənan Niftalıyev, Mirəli Sadıqov və Samir Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 13 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə heroin, tiryək, marixuana, metamfetamin, həmçinin 660 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon və preqabalin həbi aşkarlanıb. Saxlanılanların paytaxt ərazisində narkokuryerliklə məşğul olan şəbəkənin əsas üzvlərindən olduqları müəyyən edilib.Faktlarla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərlə əlbir olan digər narkokuryerlərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin olunub
29.09.2024
Sentyabrın 29-da ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nəsimi rayonu ərazisində 63 yaşlı qadına qarşı quldurluq etməkdə şübhəli bilinən İ.Xantemirov saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 20-də gecə saatlarında Nəsimi rayonu ərazisində 63 yaşlı qadının qızıl-zinət əşyalarını quldurluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 24 yaşlı İ.Xantemirov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bir nəfəri aldadaraq öz hesabına pul ödətdirməkdə şübhəli bilinən M.Ağayev saxlanılıb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfəri aldadaraq öz hesabına 511 manat ödətdirməkdə şübhəli bilinən 20 yaşlı M.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən H.Nağıyev saxlanılıb
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 31 yaşlı H.Nağıyev saxlanılıb. Ondan 3 kiloqram 30 qram çəkidə marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Suraxanı rayonunun Binə qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 26-da Binə qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 28-də və 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 10 tüfəng, 7 patron darağı və 209 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.