Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub
25.08.2024
Avqustun 25-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonunda bir nəfəri aldadaraq 5000 manatını almaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
Binəqədi rayonunda bir nəfərin aldadılaraq 5000 manatının alınması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Avqustun 24-də və 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 tüfəng, 2 patron darağı və 8 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Avqustun 24-də və 25-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 5 ədəd tüfəng aşkar edilərək götürülüb.
Ümumi çəkisi 50,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 24-də və 25-də ümumi çəkisi 50,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 40,9 kiloqrama yaxın marixuana, 10 kiloqrama yaxın metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının avqustun 24-də və 25-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Avqustun 24-də və 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
24.08.2024
Avqustun 24-də ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
23.08.2024
Avqustun 23-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtın Xətai rayonu N.Tusi küçəsində yerləşən evlərdən birində soyğunçuqluq əməlini törətməkdə şübhəli bilinən İ.Quliyev və R.Zeynallı saxlanılıblar
Avqustun 23-də Xətai rayonu N.Tusi küçəsində yerləşən evlərin birindən içərisində 200 manat, 180 manat dəyərində mobil telefon, bank kartları və ev açarları olan çantanın talanması barədə polisə məlumat daxil olub. Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuqluq əməlini törətməkdə şübhəli bilinən İ.Quliyev və əvvəllər məhkum olunmuş R.Zeynallı müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.