Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu qəsəbəsi ərazisində bir qadının çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Y.İsmayılov saxlanılıb
23.09.2024
Sentyabrın 23-də Sabunçu qəsəbəsi ərazisində bir qadının çantasının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş Y.İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi qəsəbəsi ərazisində bir yeniyetməyə qarşı quldurluq etməkdə şübhəli bilinən 3 yeniyetmə saxlanılıb
Sentyabrın 20-də axşam saatlarında Binəqədi qəsəbəsi ərazisində bir yeniyetmənin 400 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən T.Əliyev saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 23-də bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş T.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Paytaxtın Nizami rayonu ərazisindən “VAZ-2104” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Sentyabrın 22-də paytaxtın Nizami rayonu ərazisindən “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Sabirabad rayon sakini S.Bağırovun həyətində sökülmüş vəziyyətdə tapılıb. S.Bağırov şübhəli şəxs qismində saxlanılıb. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar R.Məmmədov və Ş.Hüseynov da saxlanılıblar. Araşdırma aparılır.
Su polisinin uğurlu narkotik əməliyyatı
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.Belə ki, İdarə əməkdaşları xidməti əraziyə daxil olan Xəzər dənizinin Qaradağ rayonunda yerləşən sahilində satış məqsədi ilə narkotikləri əldə edən Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Vüqar Əliyevi saxlayıb. Ondan külli miqdarda psixotrop maddə olan metamfetamin, heroin, tramadol və 51 ədəd digər növdən olan təsiredici həb götürülüb. Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.Həmçinin, Su Nəqliyyatında Polis İdarəsi bildirir ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-dən etibarən bitib. Xidməti ərazilər olan dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi,zəhərli və partlayıcı maddələrdən,eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır. Su bioresurslarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında mövcud qanunları kobud şəkildə pozaraq qanunsuz balıq ovlayan şəxslər saxlanılaraq su polisləri tərəfindən cinayət və inzibati xətalar məcəllərində nəzərdə tutulmuş qaydada məsuliyyətinə cəlb ediləcəklər.Su polisləri tərəfindən su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların qanunsuz ovlanmasının qarşısını almaq və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri, eləcə də dəniz qumunu oğurlayan şəxslərə qarşı da mübarizəni mütəmadi olaraq davam etdirirlər.Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
22.09.2024
Sentyabrın 22-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən T.Əhmədov və A.Hacızadə saxlanılıblar
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Maştağa qəsəbəsi ərazisində bir həyətdən 2000 manat dəyərində darvaza, bir evdən 8000 manat dəyərində qızıl-zinət və məişət əşyaları, digər həyətdən isə 700 manat dəyərində su çəni oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı T.Əhmədov və əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 26 yaşlı A.Hacızadə müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla T.Əhmədovun müxtəlif vaxtlarda Ramana qəsəbəsi ərazisində 3 evdən ümumilikdə 6100 manat dəyərində məişət əşyaları və elektrik naqili oğurlaması da müəyyən olunub.Faktlarla bağlı araşdırma aparılır.
Beyləqan rayonunun 2-ci Şahsevən kəndində bir həyətdən mal-qara oğurlamaqda şübhəli bilinən Ə.Hüseynov saxlanılıb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 22-nə keçən gecə 2-ci Şahsevən kəndində bir həyətdən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Ə.Hüseynov saxlanılıb. Araşdırma aparılır.
Quba rayonunun 1-ci Nügədi kənd sakini B.Musayevə məxsus həyətdən 8 ədəd çətənə kolu və marixuana götürülüb
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 1-ci Nügədi kənd sakini B.Musayevə məxsus həyətdən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu və marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 21-də və 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.