Binəqədi rayonu ərazisində yerləşən boya sexindən oğurluq etməkdə şübhəli bilinən T.Əmirov saxlanılıb
24.10.2024Binəqədi rayonu ərazisində yerləşən boya sexindən oğurluq olub. Polisə müraciət edən sexin sahibi son bir ay ərzində oradan 6000 manat dəyərində boyanın oğurlandığını bildirib.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, orada işləyən 33 yaşlı T.Əmirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.