Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bir nəfərin bank kartından 1100 manatını oğurlamaqda şübhəli bilinən R.Qurbanov saxlanılıb
30.08.2024
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 1100 manatını oğurlamaqda şübhəli bilinən R.Qurbanov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən R.Feyzullayev saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən R.Feyzullayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xəzər rayonu Zirə qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən O.Məmmədzadə saxlanılıb
Xəzər rayonu Zirə qəsəbəsindəki evlərin birindən 35000 manat pul, oyun aparatı və sənədlərin oğurlanması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən O.Məmmədzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonunda saxlanılan 5 nəfərdən 19 kiloqram narkotik vasitə aşkarlanıb
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı son bir həftə ərzində silsilə əməliyyatlar keçirilib. Tədbirlərlə paytaxt sakinləri Rasim Kərimov, Nəriman Nərimanov, tanışı Ramil Allahverdiyev, Rüstəm Kərimov və İsa Ağayev saxlanılıblar. Onlardan ümumilikdə 19 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. Saxlanılanların paytaxt ərazisində narkokuryerlik edən əsas şəxslər olduqları müəyyən edilib.Faktlarla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.Youtube linki - https://www.youtube.com/watch?v=m2xInWT00Ho
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
29.08.2024
Avqustun 29-da ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Avqustun 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 2 tüfəng, 85 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Ümumi çəkisi 31 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 29-da ümumi çəkisi 31 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının avqustun 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Avqustun 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Şabran rayonu ərazisində dəmir yolundan 150 kq armaturu və 30 litr dizel oğurlamaqda şübhəli bilinən H.Abdullayev saxlanılıb
Avqustun 29-da Şabran rayonu ərazisində dəmir yolundan 150 kq armaturu və 30 litr dizelin oğurlanması barədə polisə məlumat daxil olub. Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən H.Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.