Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb
02.10.2024
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyatlar nəticəsində Maştağa qəsəbəsində narkotiklərin satışını həyata keçirən Abasqulu Quliyev və Fazil Cəfərzadə saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram satış məqsədi ilə əldə etdikləri qurudulmuş marixuana aşkarlanıb. Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu RPİ-yə göndərilib.Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ümid Hacıyev və Niyaməddin Rəsulov saxlanılıblar. Onlardan 7 kiloqramdan artıq heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından satışını həyata keçirmək məqsədi ilə əldə ediblər.Qeyd edək ki, Nəsimi rayonunda son günlər keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 29 fakt aşkarlanıb. Ümumilikdə 12 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
01.10.2024
Oktyabrın 1-də ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Oktyabrın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 52 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Ümumi çəkisi 6,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 1-də ümumi çəkisi 6,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 1-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Yanacaqdoldurma məntəqələrindən birində aldığı yanacaq müqabilində işçiyə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən R.Novruzov saxlanılıb
Oktyabrın 1-də saat 02.40 radələrində Binəqədi rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəlib, aldığı yanacaq müqabilində işçiyə 100 manatlıq saxta əskinas təqdim etməkdə şübhəli bilinən 43 yaşlı R.Novruzov saxlanılıb. O, araşdırma aparılması üçün Binəqədi RPİ-nin 7-ci Polis Şöbəsinə təhvil verilib.
Bakı şəhər sakini olan qadının və digər bir nəfərin pullarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Ş.Şahmarov və C.Vəliyev saxlanılıblar
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan qadının 7000 manatını, 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 6350 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı Ş.Şahmarov və 26 yaşlı C.Vəliyev müəyyən olunaraq saxlanılıblar. Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir qadının 4000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı K.Əyyublu saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
Bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən O.Rzayev olunaraq saxlanılıb
Sentyabrın 25-də bir nəfərin bank kartından 211 manatın oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 29 yaşlı O.Rzayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.