Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunun Maştağa qəsəbəsindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən İ.Əliyev saxlanılıb
20.09.2024
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Maştağa qəsəbəsindəki evlərin birindən 1500 manat pul oğurlamaqda şübhəli bilinən İ.Əliyev saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Nardaran qəsəbəsində bir evin həyətindən elektrik naqili və tikinti alətləri oğurlamaqda şübhəli bilinən H.Hüseynzadə saxlanılıb
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Nardaran qəsəbəsində bir evin həyətindən 520 manat dəyərində elektrik naqili və tikinti alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş H.Hüseynzadə saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində tikinti şirkətlərinin birindən elektrik naqili oğurlamaqda şübhəli bilinən E. Quliyev saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 11-də rayon ərazisində tikinti şirkətlərinin birindən elektrik naqili oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E. Quliyev saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində iki mağazadan oğurluq etməkdə şübhəli bilinən İ.Həsənov və bir qadın saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində iki mağazadan ümumilikdə 450 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İ.Həsənov və bir qadın saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yerləşən şirkətlərin birindən oğurluq etməkdə şübhəli bilinən E.Ağayev saxlanılıb
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 19-da Bülbülə qəsəbəsi ərazisində yerləşən şirkətlərin birindən 2400 manat dəyərində qurğu oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Ələkbərov saxlanılıb
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 48 yaşlı M.Ələkbərov saxlanılıb. Ondan 1 kiloqram 412 qramdan çox marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Balakən rayonunun Gərəkli kəndi ərazisində E.Motuxovun yetişdirdiyi 606 kiloqram çəkidə çətənə kolları aşkar olunaraq götürülüb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Gərəkli kəndi ərazisində E.Motuxovun dağlıq sahədə kultivasiya yolu ilə yetişdirdiyi 606 kiloqram çəkidə 214 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində soyğunçuluq və bir sıra oğurluq hadosələrini törətməkdə şübhəli bilinən İ.Əliyev, T.Hacıyev və P.Quliyev saxlanılıblar
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 18-də 17-ci mikrorayon ərazisində 65 yaşlı bir qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda, müxtəlif vaxtlarda isə şəhər ərazisində 4 evdən ümumilikdə 6700 manat dəyərində qızıl-zinət əşyaları və 1300 manat pul, sənəd və bank kartları oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuşlar - 32 yaşlı İ.Əliyev, 34 yaşlı T.Hacıyev və 38 yaşlı P.Quliyev müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbara, 4 tüfəng, 4 patron darağı və 39 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.
Ümumi çəkisi 7,6 kiloqrama yaxın narkotik vasitə və 685 ədəd metadon həbi götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 20-də ümumi çəkisi 7,6 kiloqrama yaxın narkotik vasitə, həmçinin 685 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.