Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
29.09.2024
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Sentyabrın 28-də və 29-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.
Ümumi çəkisi 39,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 28-də və 29-da ümumi çəkisi 39,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,9 kiloqramdan artıq heroin, 31,6 kiloqrama yaxın marixuana, 4,5 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 362 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 28-də və 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 17 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 28-də və 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 17 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub
28.09.2024
Sentyabrın 28-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini olan bir nəfəri aldadaraq 60.000 manatının ələ keçirməkdə şübhəli bilinən C.Ağayev saxlanılıb
Bakı şəhər sakini olan bir nəfərin aldadılaraq 60.000 manatının ələ keçirilməsi ilə bağlı Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 34 yaşlı C.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunun Hövsan qəsəbəsindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən F.Qasımov saxlanılıb
Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Hövsan qəsəbəsindəki evlərin birindən 800 manat oğurlamaqda şübhəli bilinən F.Qasımov saxlanılıb. Araşdırma aparılır.
Bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən K.Yurlov saxlanılıb
Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 1347 manatını oğurlamaqda şübhəli bilinən 24 yaşlı K.Yurlov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ucar rayonunun Məlikballı kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Məlikballı kəndi ərazisində yabanı halda bitmiş 375 kiloqram çəkidə 417 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub
27.09.2024
Sentyabrın 27-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.