Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
03.10.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 3-də ümumi çəkisi 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 3-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 3-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
Bakı şəhər sakini olan bir nəfərin bank kartından 2605 manatının oğurlanması barədə Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı M.Kərimov və 23 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin içərəsində bank kartı və sənədi olan pulqabısını oğurlamaqda və həmin kartdan alış-veriş etməkdə şübhəli bilinən 20 yaşlı V.Möhsümzadə saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
Paytaxtın Bakıxanov qəsəbəsi ərazisində avtomobildən oğurluq etməkdə şübhəli bilinən N.Eminov saxlanılıb
Paytaxtın Bakıxanov qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobildən 1275 manat pul, mobil telefon, poverbank və sənəd oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı N.Eminov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Paytaxtın Nizami rayonu ərazisində yerləşən mağazaların birindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən F.Abdullayeva və T.Mamedova saxlanılıblar
Paytaxtın Nizami rayonu ərazisində yerləşən mağazaların birindən 3750 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən F.Abdullayeva və T.Mamedova müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Yasamal rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Ç.Məmmədov saxlanılıb
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki evlərin birindən pul, mobil telefon, qızıl-zinət əşyaları və bank kartları oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 46 yaşlı Ç.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb
Yaxın qohumlarının qəza törətməsi adı altında yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. Belə ki, paytaxt sakini olan 1936-cı il təvəllüdlü bir qadın tanımadığı şəxsin onunla ev telefonu vasitəsi ilə əlaqə saxladığını və gəlninin yol-nəqliyyat hadisəsi törətdiyini dediyini, daha sonra mənzilə gələn naməlum şəxsə 4000 manat verdiyi barədə polisə müraciət edib.Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində qeyd edilən qanunsuz əməllərə cəlb olunan Qazaxıstan vətəndaşı 2003-cü il təvəllüdlü Korlan Asan Berdimurat saxlanılıb. Müəyyən edilib ki,saxlanılan şəxs məhz qeyd olunan qanunsuz əməlləri həyata keçirmək məqsədi ilə yaşadığı Çexiya Respublikasından Bakı şəhərinə gəlib. K.Berdimurat “Telegram” sosial şəbəkəsində əlaqə qurduğu naməlum şəxslərin göndərdiyi ünvanlara yollanaraq pulları zərərçəkənlərdən qəbul edib. Qeyd olunan hüquqazidd əməllər nəticəsində onun 2 vətəndaşa ümumilikdə 6 min manata yaxın maddi ziyan vurduğu aşkar olunub. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra sifarişçilərinin bank kartı və ya kriptovalyuta hesablarına köçürüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.Bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi tövsiyə edirik.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
02.10.2024
Oktyabrın 2-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 25 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtın Bakıxanov qəsəbəsi ərazisindən “Toyota Prius” markalı avtomobili qaçırmaqda şübhəli bilinən V.Nurullayev Biləsuvar rayonu ərazisində avtomobillə birgə saxlanılıb
Oktyabrın 2-də saat 4 radələrində paytaxtın Bakıxanov qəsəbəsi ərazisindən “Toyota Prius” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 37 yaşlı V.Nurullayev Biləsuvar rayonu ərazisində avtomobillə birgə saxlanılıb.Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə oktyabrın 2-də Quzanlı qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobil qaçırmaqda şübhəli bilinən 37 yaşlı S.Şükürov Bərdə rayonu ərazisində avtomobillə birgə saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.