Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 31,7 kiloqrama yaxın narkotik vasitə və 401 ədəd metadon həbi götürülüb
06.10.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 5-də və 6-da ümumi çəkisi 31,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 401 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 5-də və 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 5-də və 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin olunub
05.10.2024
Oktyabrın 5 -də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşlarının sayıqlığı nəticəsində dəmir yolu stansiyasından oğurluğa cəhd edən şəxs saxlanılıb
Xanabad-Şəki dəmir yolu xəttindən oğurluğa cəhd göstərən şəxs Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun 65 yaşlı F.Mutadayin olması və Şəki dəmir yolu stansiyası ərazisindən oğurluq etməsi də müəyyən olunub. Araşdırma aparılır.
Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən E.Nəsirli saxlanılıb
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bayıl qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 5000 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən 31 yaşlı E.Nəsirli müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisində yerləşən bir binadan oğurluq etməkdə şübhəli bilinən H.Civişov saxlanılıb
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən bir binanın saxlanc yerindən 1000 manat dəyərində təmir alətləri və naqil oğurlamaqda, digər binanın anbarından isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 31 yaşlı H.Civişov saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən parkda uşaq arabasından cüzdan oğurlamaqda şübhəli bilinən K.Həsənov saxlanılıb
Oktyabrın 4-də Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən parkda uşaq arabasından içərisində pul olan cüzdanın oğurlanması barədə polisə məlumat daxil olub.Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı K.Həsənov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binədə 7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən 1989-cu il təvəllüdlü Tural Səlimov saxlanılıb.Araşdırma zamanı onun Binə qəsəbəsində ümumilikdə 7 evdən pul və qızıl oğurladığı müəyyən edilib. T.Səlimov oğurladığı qızılları Nəsimi rayonunda yerləşən mağazalardan birinə satıb.Saxlanılan şəxsin evlərdən ümumilikdə 27 min manata yaxın pul və qızıl oğurladığı müəyyən olunub. T.Səlimov barəsində Xəzər RPİ-nin 3-cü PŞ-də araşdırmalar davam etdirilir.
Polis Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən iki nəfəri saxlayıb
04.10.2024
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 76000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 49 yaşlı A.Alıyev, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfərin 8745 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 33 yaşlı İ.Məmmədli müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.