Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini olan bir nəfəri aldadaraq öz hesabına 10.200 manat ödətdirməkdə şübhəli bilinən Z.Zülfüqarov saxlanılıb
04.10.2024
Bakı şəhər sakini olan bir nəfər onu aldadan şəxsin öz hesabına 10.200 manat ödətdirməsi barədə polisə müraciət edib. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 25 yaşlı Z.Zülfüqarov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən mağazada oğurluq etməkdə şübhəli bilinən O.Aşirov və bir qadın saxlanılıblar
Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən mağazada işçilərdən birinin pulqabısından 3000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 29 yaşlı O.Aşirov və bir qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Polis əməkdaşlarının sayıqlığı nəticəsində dəmir yolu stansiyasından oğurluğa cəhd edən şəxs saxlanılıb
Oktyabrın 3-də axşam saatlarında Biləcəri dəmir yolu stansiyası ərazisindən rabitə kabeli oğurlamağa cəhd göstərən şəxs Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun 42 yaşlı İ.Əliyev olması və Keşlə dəmir yolu stansiyası ərazisindən oğurluq etməsi də müəyyən olunub. Araşdırma aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən A.Quliyev saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 49 yaşlı A.Quliyev saxlanılıb. Ondan külli miqdarda marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Polis Qaradağ və Nəsimi rayonlarında avtomobillərdən oğurluq edənləri saxlayıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Lökbatan qəsəbəsi ərazisində “Ford” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən 51 yaşlı R.Səfərov, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində “Mercedes” markalı avtomobildən planşet oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı V.Pənahov saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
Oktyabrın 4-də ölkə ərazisində qeydə alınan 21, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Oktyabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 4 tüfəng və 73 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 4-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 4-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
03.10.2024
Oktyabrın 3-də ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.