Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonu ərazisində bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən S.Mürsəliyev saxlanılıb
02.10.2024
Səbail rayonu ərazisində bir nəfərin bank kartından 800 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ-nin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı S.Mürsəliyev müəyyən olunaraq saxlanılıb. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin bank kartından 500 manatını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Nəsimi rayonu ərazisində yerləşən parkda bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən E.Məsimov saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən parkda bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Məsimov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 12.500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində bir evdən ümumilikdə 8000 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində bir evdən südçəkən aparat və 3 ədəd samovar olmaqla ümumilikdə 8000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı A.Kərəmov, 43 yaşlı M.Məmmədov və 46 yaşlı E.Kərimov müəyyən olunaraq saxlanılıb.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən E.Nikitin saxlanılıb
Pirallahı qəsəbəsi ərazisində 1000 manat dəyərində elektrik naqilinin kəsilərək oğurlanması barədə polisə məlumat daxil olub.
Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Oktyabrın 2-də polis əməkdaşları 5 tüfəng təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Oktyabrın 2-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 2 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 13,2 kiloqrama yaxın narkotik vasitə və 102 ədəd metadon həbi götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 2-də ümumi çəkisi 13,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin 102 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 2-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 1 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 1 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.