Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub
04.09.2024
Sentyabrın 4-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 qumbara, 10 tüfəng və 43 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Sentyabrın 4-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tapança və 2 tüfəng aşkar edilərək götürülüb.
Ümumi çəkisi 2,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 4-də ümumi çəkisi 2,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 4-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 4-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Xırdalan şəhəri ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən A.Bəkirov saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 1-nə keçən gecə Xırdalan şəhəri ərazisində yerləşən evlərin birindən 630 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Bəkirov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisində bir nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən S.Abbasov saxlanılıb
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin 650 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Abbasov saxlanılıb.Araşdırma aparılır.
Şəki şəhəri ərazisində 3 baş qoyun oğurlamaqda şübhəli bilinən E.Ramazanlı və F.Abdullayev saxlanılıblar
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində bir yardımçı təsərrüfatdan 3 baş qoyun oğurlamaqda şübhəli bilinən E.Ramazanlı və F.Abdullayev saxlanılıb. Araşdırma aparılır.